
GitHub — Git versiya nəzarəti sistemi əsasında qurulmuş, proqramçılara kod repository-lərini internet üzərində saxlamaq, komanda ilə paylaşmaq və birgə inkişaf etdirmək imkanı verən bulud əsaslı platformadır. GitHub 2008-ci ildə yaradılmış və 2018-ci ildən Microsoft-a məxsusdur. Bu gün dünyada milyonlarla proqramçı və şirkət açıq mənbəli (open-source) və özəl layihələrini GitHub üzərində saxlayır.
Proqramçı öz kompüterindəki Git repository-sini GitHub-da yaratdığı uzaq (remote) repository ilə əlaqələndirir. Lokal dəyişikliklər push əmri ilə GitHub-a göndərilir, digər komanda üzvləri isə bu dəyişiklikləri pull əmri ilə öz kompüterlərinə gətirirlər.Məsələn: Bir proqramçı yeni funksiya üzərində işləyərkən, dəyişikliklərini ayrıca branch-də edir, işini bitirdikdən sonra GitHub-da Pull Request açır. Komanda üzvləri kodu nəzərdən keçirir, rəy bildirir və təsdiqlədikdən sonra dəyişikliklər əsas koda birləşdirilir (merge).
Git — kompüterdə lokal işləyən versiya nəzarəti proqramıdır. GitHub isə Git repository-lərini internetdə saxlamaq, komanda ilə paylaşmaq və idarə etmək üçün istifadə olunan bulud əsaslı platformadır. Yəni Git alətdirsə, GitHub həmin alətin nəticələrini onlayn saxlayan və əməkdaşlığı asanlaşdıran xidmətdir.
İstəyirsiniz ki, bu biliyi praktikaya keçirib real nəticələr əldə edəsiniz? IT və Kompüter Mühəndisliyi kursumuzla addım-addım öyrənməyə başlayın. Ətraflı məlumat üçün linkə keçid edin: IT və Kompüter Mühəndisliyi kursu