Jet School Logo

Süni İntellekt Mühəndisliyi kursu

Yaş: 13-17
Səviyyə: Qabaqcıl
Müddət: 8 ay
Süni İntellekt Mühəndisliyi kursu

Süni intellekt (AI) - artıq uşaqların gündəlik həyatının bir hissəsidir. Bəs övladınız bu texnologiyadan sadəcə istifadə etsin, yoxsa onun necə işlədiyini də öyrənsin?

Süni İntellekt Mühəndisliyi kursumuz şagirdlərə süni intellektdən sadəcə istifadə etməyi deyil, onun necə işlədiyini anlamağı, proqramlaşdırma ilə həllər qurmağı və öz süni intellekt layihələrini hazırlamağı öyrədir. Kurs boyunca uşaqlar Python proqramlaşdırma, məlumatların analizi, maşın öyrənməsi, təbii dilin emalı, kompüter görməsi, böyük dil modelləri, səsli və çoxmodallı süni intellekt kimi müasir texnologiyalarla mərhələli şəkildə tanış olurlar.

Əsas üstünlüyümüz ondadır ki, şagird yalnız nəzəri məlumat öyrənmir. O, real məlumatlarla işləyir, modellər qurur, mətn, şəkil və səs əsaslı layihələr hazırlayır, problemlərə fərqli həll yolları tapmağı öyrənir və sonda öz layihəsini təqdim edir. Beləliklə, övladınız həm süni intellekt (AI) həllərinin hazırlanması, həm də proqramlaşdırma sahəsində möhkəm bilik və bacarıqlar qazanır. Bundan əlavə olaraq övladınız gələcəkdə texnologiya istiqamətində hansı sahəyə daha çox marağı olduğunu daha erkən müəyyən edəcək.

Aşağıdakı tədris proqramı ilə tanış olaraq övladınızın Süni İntellekt (AI) Mühəndisliyi kursumuzda hansı bilik və bacarıqları mərhələli şəkildə qazanacağını görə bilərsiniz:

Təlimin modulları

  • Süni intellektin əsas anlayışları, gündəlik həyatda istifadə sahələri və məsuliyyətli AI yanaşması
  • Python proqramlaşdırma dilində dəyişənlər, məlumat tipləri, şərtlər, dövrlər və funksiyalar
  • Alqoritmik düşüncə və sadə proqramlaşdırma tapşırıqlarının həlli
  • Git və GitHub ilə kodların saxlanılması, dəyişikliklərin izlənilməsi və layihələrin paylaşılması
  • Python ilə kiçik layihələr hazırlamaq
  • Datasetlərin quruluşu, məlumatların oxunması və təşkili
  • Məlumatların təmizlənməsi, çatışmayan və yanlış dəyərlərin emalı
  • Cədvəl şəklində verilən məlumatların analizi
  • Qrafik və diaqramlarla məlumatların vizuallaşdırılması
  • Real məlumat topluları üzərində praktiki analizlərin aparılması
  • Maşın öyrənməsinin əsas prinsipləri və kompüterlərin məlumatlardan öyrənmə prosesi
  • Təlim və test məlumatlarının istifadəsi
  • Modelin nəticələrinin qiymətləndirilməsi və proqnozların yoxlanılması
  • PyTorch-a giriş və sadə neyron şəbəkələrinin qurulması
  • Məlumatın hazırlanmasından modelin istifadəsinə qədər AI layihəsinin əsas mərhələləri
  • Böyük dil modellərinin əsas anlayışları və iş prinsipi
  • ChatGPT, Claude və Grok kimi müasir AI köməkçilərinin imkanları və məhdudiyyətləri
  • Effektiv və dəqiq sorğuların hazırlanması
  • Hazır böyük dil modellərinin proqramlara qoşulmasına giriş
  • Müxtəlif tapşırıqları yerinə yetirən mini AI köməkçilərinin hazırlanması
  • Kompüterlərin insan dilini və mətn məlumatlarını emal etməsinin əsasları
  • Mətnlərin təmizlənməsi və analiz üçün hazırlanması
  • Mətnlərdə müsbət, mənfi və neytral fikirlərin müəyyən edilməsi
  • Sadə çatbotların iş prinsipi və hazırlanması
  • Mətn əsaslı süni intellekt tətbiqlərinin yaradılması
  • Rəqəmsal şəkillərin kompüter tərəfindən necə qəbul və analiz edilməsi
  • Şəkillərin müxtəlif kateqoriyalara ayrılması
  • Şəkil və videolarda obyektlərin aşkarlanması
  • Üz aşkarlama texnologiyalarının əsasları
  • Real vizual məlumatlar əsasında sadə kompüter görməsi layihələrinin hazırlanması
  • Danışığın avtomatik şəkildə mətnə çevrilməsi
  • Yazılı mətnin süni səs vasitəsilə səsləndirilməsi
  • Səs tanıma və səsli əmrlərlə işləyən sistemlərin əsasları
  • Sadə səsli köməkçilərin hazırlanması
  • Mətn, şəkil və səs məlumatlarını birlikdə emal edən çoxmodallı AI sistemləri
  • Proqram boyunca öyrənilən əsas mövzuların təkrarı və möhkəmləndirilməsi
  • Fərdi AI layihəsinin ideyasının və məqsədinin müəyyənləşdirilməsi
  • Layihənin proqramlaşdırılması, test edilməsi və təkmilləşdirilməsi
  • Layihənin GitHub portfoliaya yerləşdirilməsi və sənədləşdirilməsi
  • Hazır layihənin təqdimatı və əldə olunan nəticələrin nümayişi
#artificial intelligence#AI#machine learning#computer vision#nlp#chatbot#artificial intelligence#AI#machine learning#computer vision#nlp#chatbot

Qeydiyyatdan keç

Təlimçi Heyəti

Team member Rasim Ismayılov
Rasim Ismayılov

Təlimçi

Team member Emil Namazəliyev
Emil Namazəliyev

Təlimçi

Team member Hüseynağa Qurbanov
Hüseynağa Qurbanov

Təlimçi

Team member İsa Sadıqov
İsa Sadıqov

Təlimçi

Layihələr

Kibertəhlükəsizlik Layihələri
IT və Kompüter Mühəndisliyi kursu

Kibertəhlükəsizlik Layihələri

IT və Kompüter Mühəndisliyi kursu

Tələbələrimizin hazırladığı veb-saytlar
IT və Kompüter Mühəndisliyi kursu

Tələbələrimizin hazırladığı veb-saytlar

IT və Kompüter Mühəndisliyi kursu

Tələbələrimizin hazırladığı veb-saytlar
IT və Kompüter Mühəndisliyi kursu

Tələbələrimizin hazırladığı veb-saytlar

IT və Kompüter Mühəndisliyi kursu

Veb-dizayn Layihələri
IT və Kompüter Mühəndisliyi kursu

Veb-dizayn Layihələri

IT və Kompüter Mühəndisliyi kursu

Veb-dizayn Layihələri
IT və Kompüter Mühəndisliyi kursu

Veb-dizayn Layihələri

IT və Kompüter Mühəndisliyi kursu

Kibertəhlükəsizlik Layihələri
IT və Kompüter Mühəndisliyi kursu

Kibertəhlükəsizlik Layihələri

IT və Kompüter Mühəndisliyi kursu

Veb-dizayn Layihələri — 1-ci hissə
IT və Kompüter Mühəndisliyi kursu

Veb-dizayn Layihələri — 1-ci hissə

IT və Kompüter Mühəndisliyi kursu

Veb-dizayn Layihələri — 2-ci hissə
IT və Kompüter Mühəndisliyi kursu

Veb-dizayn Layihələri — 2-ci hissə

IT və Kompüter Mühəndisliyi kursu

Veb-dizayn Layihələri
IT və Kompüter Mühəndisliyi kursu

Veb-dizayn Layihələri

IT və Kompüter Mühəndisliyi kursu

Final Layihələri 1-ci hissə
Python

Final Layihələri 1-ci hissə

Back-End Proqramlaşdırma kursu

Tez-tez verilən suallar

Bizə tez-tez verilən sualların cavabları ilə aşağıda tanış ola bilərsiniz.

Digər kurslarımız