HTML atributları, HTML elementlərinin xüsusiyyətlərini və davranışlarını dəqiqləşdirmək üçün istifadə olunan əlavə məlumat vahidləridir. Atributlar hər zaman elementin başlanğıc etiketində (<tag>) göstərilir və ad-dəyər (name="value") formatında yazılır.
Atributlar veb səhifənin funksionallığını, görünüşünü və strukturunu idarə etməyə imkan verir. Onlar həm istifadəçi ilə qarşılıqlı əlaqəni təyin edir, həm də brauzerin və ya digər sistemlərin elementlər haqqında daha çox məlumat əldə etməsinə şərait yaradır.
<tag attribute="dəyər">Məzmun</tag>
Nümunə:
<img src="sekil.jpg" alt="Ulduz şəkli">
<a href="https://example.com" target="_blank">Linkə keçid</a>
Atribut - Təyinat
href - Link ünvanını təyin edir
src - Şəkil, video və ya skript faylının mənbəyini göstərir
alt - Şəkil görünmədikdə əvəzedici mətn təqdim edir
id - Elementin unikal identifikatorudur
class - Elementə aid CSS siniflərini müəyyən edir
style - Inline CSS stillərini təyin edir
target - Linkin yeni səhifədə açılıb-açılmayacağını təyin edir
title - Hover zamanı göstərilən köməkçi mətn
disabled - Form elementlərini deaktiv edir
value - Input elementlərinin dəyərini təyin edir
IT sahəsini dərindən öyrənmək üçün kurslarımıza qoşulun. Ətraflı məlumat almaq üçün sorğu göndərin!