DOM nədir?

JET Schoolwww.jetschool.az

DOM nədir?

DOM — "Document Object Model" sözlərinin qısaltmasıdır. Brauzer HTML faylını oxuyanda onu sadəcə mətn kimi deyil, ağac strukturuna bənzər bir model kimi qəbul edir. Hər HTML elementi bu ağacın bir budağına çevrilir. Məhz bu modelin adı DOM-dur.

Necə işləyir?

Təsəvvür et ki, HTML səhifən bir kitabdır. DOM isə o kitabın mündəricatıdır — hər fəsil, hər səhifə öz yerini bilir. Brauzer bu mündəricat vasitəsilə istənilən elementə çata bilir. <html> ən yuxarıda, onun içində <head> və <body>, <body>nin içində isə digər elementlər yerləşir.

JavaScript ilə əlaqəsi

JavaScript DOM olmadan demək olar ki, işləyə bilməz. Bir elementi gizlətmək, mətn dəyişdirmək, yeni element əlavə etmək — bunların hamısı DOM vasitəsilə olur. JavaScript birbaşa HTML faylını dəyişmir, o sadəcə DOM-u dəyişir. Brauzer isə bu dəyişikliyi ekranda göstərir.

Niyə vacibdir?

DOM-u başa düşmədən JavaScript öyrənmək çox çətindir. Çünki document.getElementById(), querySelector() kimi metodlar hamısı DOM-un bir hissəsidir. Veb səhifəni "canlı" edən, dəyişən, reaksiya verən etmək istəyirsənsə — DOM-dan keçmək məcburidir.

IT kurslarımız barədə məlumat almaq üçün formu doldurun

IT Sahəsini öyrənməyə başla