Logo of Jet School
Əsas SəhifəRəylərKurslarımızKampaniyalarLayihələr
HaqqımızdaBloqXəbərlərTədbirlərQalereyaTexnoloji Lüğət
Əlaqə
AZ
RU
AZ
RU

JET School

Daha parlaq gələcək üçün ilham verən təhsil

JET Academy Gənclik (Olimpiya küçəsi 6A, Gənclər və İdman Nazirliyi yaxınlığında)
+994 70 983 66 99+994 70 983 66 99info@jetschool.az
Bazar ertəsi - Bazar günü : 09:30 - 22:00

Kəşf et

  • Əsas Səhifə
  • Rəylər
  • Layihələr
  • Məzunlar
  • Kampaniyalar
  • Vakansiyalar
  • Dərsdən görüntülər

Tədris sahələri

  • IT və Kompüter Mühəndisliyi kursu
  • Kibertəhlükəsizlik kursu
  • Robotexnika kursu
  • Yay Məktəbi: IT və Proqramlaşdırma
  • Unity 2D Game Development kursu
  • Süni İntellekt Mühəndisliyi kursu

Resurslar

  • Bloq
  • Xəbərlər
  • Tədbirlər
  • Texnoloji Lüğət

© 2021 – 2026 JET School. Müəllif hüquqları qorunur.

Polimorfizm nədir?

JET Schoolwww.jetschool.az

Polimorfizm nədir?

Polymorphism və ya Çoxşəkillilik, Obyekt Yönümlü Proqramlaşdırmanın (OOP) əsas prinsiplərindən biridir. Polimorfizm bir funksiyanın, metodun və ya obyektin fərqli siniflərdə müxtəlif formalarda eyni adla, lakin fərqli davranışla istifadə olunmasına imkan verir.

Bu xüsusiyyət proqramlarda elastiklik, təkrar istifadə, və sadə genişləndirilə bilən arxitektura yaratmaq üçün çox vacibdir.

Poliformizmin əsas məqsədləri:

  • Kodun daha ümumi (generalized) yazılması.
  • Çox fərqli obyektlərin eyni interfeys üzərindən idarə olunması.
  • Kodun oxunaqlılığını və dəstəklənməsini artırmaq.

Əsas növləri:

  1. Compile-time Polymorphism (Statik Polimorfizm):
  • Metod aşırı yüklənməsi (Method Overloading) ilə əldə edilir.
  • Bir sinifdə bir neçə metod eyni ada malik olur, lakin parametrləri fərqlidir.
  1. Run-time Polymorphism (Dinamik Polimorfizm):
  • Metodun aşırı yazılması (Method Overriding) ilə həyata keçirilir.
  • Törəmə siniflər əsas sinifdəki metodu öz tələbinə uyğun yenidən müəyyən edir.

Python-da sadə Polimorfizm nümunəsi:

class Animal:

def speak(self):

print("Heyvan səs çıxarır.")

class Dog(Animal):

def speak(self):

print("İt hürür.")

class Cat(Animal):

def speak(self):

print("Pişik miyoldayır.")

# Funksiya - fərqli obyektlərə eyni əmri verir

def animal_sound(animal):

animal.speak()

# Obyektlər

dog = Dog()

cat = Cat()

# Eyni funksiya fərqli nəticə verir

animal_sound(dog) # Çıxış: İt hürür.

animal_sound(cat) # Çıxış: Pişik miyoldayır.

Burada animal_sound funksiyası fərqli sinif obyektlərini qəbul edir və hər obyekt öz speak() metoduna uyğun davranış sərgiləyir.

Polimorfizmin üstünlükləri:

  • Kodun şaxələnmədən istifadəsini təmin edir.
  • Yeni siniflər əlavə etmək daha asan olur.
  • Mövcud kodu dəyişmədən yeni davranışlar əlavə etmək olur.
  • Proqramların skalasiya olunmasını və dəstəklənməsini asanlaşdırır.
+994 70 983 66 99www.jetschool.az

IT kurslarımız barədə məlumat almaq üçün formu doldurun

Övladınızın yaşını seçin
Tədris dilini seçin

Əlaqəli terminlər:

IT Sahəsini öyrənməyə başla

Kateqoriya: Proqramlaşdırma
Atribut
Boolean
Autentifikasiya
Authorization