RAM nədir?
RAM nədir?
Random Access Memory (operativ yaddaş) — kompüterin müvəqqəti və təsadüfi girişli yaddaşıdır. O, təsadüfi girişli adlanır, çünki məlumatlar istənilən ardıcıllıqla sürətli şəkildə oxuna və dəyişdirilə bilər.
Oyun, brauzer və ya proqram açdıqda, kompüter lazım olan məlumatları RAM-a yükləyir ki, onlarla daha sürətli işləyə bilsin.
Məsələn, oyunu işə saldıqda xəritələr, personaj modelləri, teksturalar, səslər və oyunun cari vəziyyəti RAM-a yüklənir.
Başqa bir nümunə: Word proqramında işləyərkən açıq sənəd və etdiyin dəyişikliklər RAM-da saxlanılır.
RAM həcmi nə qədər çox olarsa, kompüter eyni anda bir o qədər çox proqramı açıq saxlaya və daha rahat işləyə bilər.
Bir 32 GB RAM modulu istifadə etməkdənsə, iki 16 GB RAM modulu (2 × 16 GB) istifadə etmək daha məqsədəuyğundur.
RAM enerjidən asılı yaddaşdır. Oyunu bağladıqda və ya kompüteri söndürdükdə RAM-da olan məlumatlar silinir.
RAM faylların daimi saxlanılması üçün nəzərdə tutulmayıb. O, yalnız həmin anda istifadə olunan məlumatlarla işləmək üçün lazımdır.