Foto redaktor — şəkilləri dəyişdirmək, düzəltmək və daha gözəl göstərmək üçün istifadə olunan proqram təminatıdır. Bu proqramlar vasitəsilə biz şəkil üzərində müxtəlif dəyişikliklər edə bilərik: məsələn, şəkilin parıltısını artırmaq, fonu silmək, yazı əlavə etmək, filtr tətbiq etmək və ya şəkli kəsmək.
Foto redaktorlar həm peşəkar, həm də sadə istifadəçilər üçün müxtəlif səviyyələrdə mövcuddur. Bəzi proqramlar çox mürəkkəb və güclü funksiyalara sahibdir (məsələn, Adobe Photoshop), digərləri isə gündəlik istifadə üçün çox sadə və rahatdır (məsələn, Paint, Canva, Snapseed və s.).
Canva kimi bəzi foto redaktorlar həm kompüterdə, həm də telefonda istifadə oluna bilir və dizayn etmək üçün texniki bilik tələb etmir!
IT sahəsini dərindən öyrənmək üçün kurslarımıza qoşulun. Ətraflı məlumat almaq üçün sorğu göndərin!