Array nədir?
Array nədir?
Array (massiv) — bir neçə məlumatı eyni anda, bir yerdə saxlaya bilən xüsusi bir quruluşdur. Adi dəyişəndə yalnız bir dəyər saxlanılır, array-də isə istədiyiniz qədər dəyər saxlaya bilərsiz. JavaScript-də array-lər kvadrat mötərizə [ ] ilə yazılır və içindəki elementlər vergüllə ayrılır.
Gündəlik həyatla müqayisə
Təsəvvür edin ki, əlinizdəki alış-veriş siyahısında çörək, süd, yumurta, pendir yazılıb. Bu siyahının özü bir array-dir — bir yerdə bir neçə məlumat saxlanılır. Hər bir məhsul isə array-in bir elementi sayılır. Və ya sinif jurnalını düşünün — orada bütün şagirdlərin adları bir siyahıda olur. Bu da array-dir.
Array necə yaradılır?
Array yaratmağın ən sadə yolu kvadrat mötərizə istifadə etməkdir:
let meyveler = ["alma", "armud", "banan", "üzüm"];
let rəqəmlər = [1, 2, 3, 4, 5];
let qarışıq = ["Leyla", 25, true]; // fərqli tip məlumatlar da ola bilər
Array-in içinə mətn, ədəd, boolean (true/false), hətta başqa array-lər belə ola bilər.
Index nədir?
Array-dəki hər elementin öz sıra nömrəsi var, buna index deyilir. Vacib məqam: index həmişə 0-dan başlayır, 1-dən yox.
let meyveler = ["alma", "armud", "banan"];
console.log(meyveler[0]); // "alma"
console.log(meyveler[1]); // "armud"
console.log(meyveler[2]); // "banan"
Yəni ilk element 0-cı, ikinci element 1-ci, üçüncü element 2-ci indeksdədir.
Array-in uzunluğunu öyrənmək
Array-in neçə elementdən ibarət olduğunu bilmək üçün .length xüsusiyyətindən istifadə edirik:

console.log(meyveler.length); // 3
Array-ə element əlavə etmək və silmək
Array yaradıldıqdan sonra ona yeni element əlavə edib, mövcud elementləri silə bilərik:
let meyveler = ["alma", "armud"];
meyveler.push("banan"); // sona əlavə edir → ["alma", "armud", "banan"]
meyveler.unshift("gilas"); // əvvələ əlavə edir → ["gilas", "alma", "armud", "banan"]
meyveler.pop(); // sonuncu elementi silir → ["gilas", "alma", "armud"]
meyveler.shift(); // birinci elementi silir → ["alma", "armud"]
Array üzərindən keçmək — Loop ilə
Array-in bütün elementlərini ekranda göstərmək üçün çox zaman forEach və ya for loop-undan istifadə edirik:

meyveler.forEach(function(meyve) {
console.log(meyve);
});
// alma
// armud
// banan
Niyə vacibdir?
Veb səhifələrdə həmişə bir deyil, çoxlu məlumatla işləyirik — məhsullar siyahısı, istifadəçilər, şəkillər, menyu elementləri. Bunları ayrı-ayrı dəyişənlərə yazmaq əvəzinə bir array-ə yığırıq və üzərindən asanlıqla keçirik. Array-ləri başa düşmədən real bir veb proyekt yazmaq demək olar ki, mümkün deyil.