JET School

BloqTarix: 02.10.2025 12:17

Oktyabr – Kibertəhlükəsizlik üzrə Maarifləndirmə Ayı

Oktyabr – Kibertəhlükəsizlik üzrə Maarifləndirmə Ayı

Oktyabr ayı bütün dünyada Kibertəhlükəsizlik üzrə Maarifləndirmə Ayı kimi qeyd olunur. Bu ayın məqsədi hər kəsin – xüsusən də məktəblilərin – internetdə daha təhlükəsiz davranış vərdişləri qazanmasına kömək etməkdir.

Niyə kibertəhlükəsizlik vacibdir?

  • Məlumatların qorunması – Şəxsi məlumatlarımız (şəkillər, şifrələr, fayllar) dəyərlidir və onları kənar şəxslərdən qorumaq vacibdir.
  • Kibertəhdidlərə qarşı hazırlıq – Phishing mesajları, saxta oyun linkləri və ya viruslu proqramlarla tez-tez qarşılaşmaq mümkündür.
  • Rəqəmsal mədəniyyət – Doğru davranış qaydaları ilə uşaqlar internetdə həm özlərini, həm də başqalarını qoruyurlar.

Uşaqlar üçün sadə, amma güclü qaydalar:

  1. Şifrənizi güclü edin yaradarkən böyük və kiçik hərflərdən, rəqəmlərdən və xüsusi simvollardan istifadə edin.
  2. Şifrələrini paylaşma – Dostunla belə şifrəni bölüşmə.
  3. Şübhəli linklərə klik etmə – Xüsusilə oyun və ya “hədiyyə qazandın” tipli linklərdən uzaq ol.
  4. Sosial şəbəkədə şəxsi məlumat paylaşma – Ünvan, telefon nömrəsi və ya məktəb adı gizli qalmalıdır.
  5. Daim soruş – Əgər hər hansı mesaj və ya linkdən şübhələnirsənsə, müəlliminə və ya valideyninə müraciət et.

JET School-da Kibertəhlükəsizlik

JET School-un 9–16 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş Kibertəhlükəsizlik kursunda övladınız:

🌐 Şəbəkə və Linux biliklərini mənimsəyəcək

🛡️ Müdafiə komandası (Blue Team) bacarıqları qazanacaq

🔍 Etik hücum üsullarını (Red Team) öyrənəcək

💻 Real laboratoriya məşqləri ilə praktiki təcrübə əldə edəcək

👉 Kurs haqqında daha ətraflı məlumat almaq üçün aşağıdakı linkə keçid edin:

https://jetschool.az/az/course/kibertehlukesizlik-kursu

Teqlər:

oktyabrcybersecurity awareness month

Post tapılmadı

IT Kurslarımız haqqında məlumat almaq üçün qeydiyyatdan keçin