IT və Kompüter Mühəndisliyi kursu

Kurs Haqqında
Övladınız sadəcə kompüter istifadəçisi deyil, texnologiyanı yaradanlardan biri olsun!
Bugünkü məktəblilər texnologiya ilə böyüyür. Bəs onlar sadəcə oyun oynayan və sosial şəbəkələrdən istifadə edən olacaq, yoxsa gələcəyin proqramçıları, mühəndisləri və innovatorları?
👨💻 10-15 yaşlı uşaq və yeniyetmələr üçün Kompüter Mühəndisliyi Təlimi övladınıza texnologiyanın əsaslarını əyləncəli və praktik formada öyrənmək imkanı yaradır.
Təlim zamanı məktəblilər nə öyrənəcəklər?
✅ Kompüter və İT biliklərinin əsasları (IT Essentials)
✅ Alqoritmik düşünmə və problemlərin həlli bacarıqları
✅ Oyunların hazırlanması - Scratch ilə (Game Development)
✅ Müasir veb saytların dizaynı (Web Design)
✅ Veb proqramlaşdırma (Web Development)
✅ Python proqramlaşdırma dili
✅ Kibertəhlükəsizlik əsasları (Cybersecurity Essentials)
Bu təlim övladınıza nə qazandıracaq?
🌟 Məntiqi və analitik düşünmə bacarıqları
🌟 Yaradıcılıq və innovativ yanaşma
🌟 Problemləri müstəqil həll etmə qabiliyyəti
🌟 Texnologiyaları istehlak edən deyil, yaradan olmaq bacarığı
🌟 Gələcəyin ən perspektivli peşələri üçün möhkəm təməl
📈 Dünyada proqramlaşdırma, süni intellekt, kibertəhlükəsizlik və proqram təminatı mühəndisliyi sahələrinə tələbat sürətlə artır. Bu sahələrə erkən yaşdan başlayan uşaqlar gələcək karyeralarında böyük üstünlük əldə edirlər.
🎯 Əgər övladınızın texnologiyaya marağı varsa və onun gələcəyinə bu gündən yatırım etmək istəyirsinizsə, Kompüter Mühəndisliyi Təlimi bunun üçün ideal seçimdir.
- Kompüterin başa düşülməsi, aparat təminatı, sökülməsi və yığılması
- Əməliyyat sistemlərini (Windows, Linux, macOS) və onların işləmə prinsiplərini anlama
- BIOS/UEFI ilə işləmək və Windows quraşdırma prosesini başa düşmək
- Şəbəkənin əsas anlayışları: internet, Wi-Fi, IP ünvan, router
- Alqoritmlər və blok-sxemlər (Flowcharts)
- Alqoritmlərin, blok-sxemlərin və pseudocode-un qurulması
- Scratch ilə proqramlaşdırmanın əsaslarının öyrənilməsi
- Oyun və interaktiv layihələrin yaradılması
- Figma ilə tanışlıq, əsas alətlər və istifadəçi interfeyslərinin yaradılması
- Rəng nəzəriyyəsinin əsasları və yekun layihə: veb və mobil tətbiq dizaynı
- HTML ilə veb-səhifələrin strukturunun yaradılması
- CSS vasitəsilə saytların dizaynı və stilləndirilməsi
- Adaptiv (responsiv) dizayn və veb-animasiyaların hazırlanması
- JavaScript proqramlaşdırma dilinin əsaslarının öyrənilməsi
- JavaScript və DOM isitfadə edərək interaktivlik əlavə edilməsi
- API ilə işləmək və xarici məlumatların əldə edilməsi
- Kibertəhlükəsizliyə və hücum növləri – əsas anlayışlar, özünü qoruma metodları
- Linux əsasları və təhlükəsizlik – fayllar, istifadəçilər, sistem faylları və gizli məlumatlar
- Sistem və avtomatlaşdırma bacarıqları – şəbəkə əsasları, Bash skriptləri, Python-a giriş
- Kibertəhlükəsizlikdə Python proqramlaşdırma dili – şərtlər, dövrlər, funksiyalar, fayl/şəbəkə əməliyyatları və avtomatlaşdırma
- Şəbəkə texnologiyaları – şəbəkə anlayışı, növlər, OSI modeli və təhlükəsizlik prinsipləri
- Şəbəkə təhlükəsizliyi alətləri – Wireshark, Firewall, VPN, IDS və trafik analizi
- Etik Hakerlik və məlumatların toplanılması – Kali Linux, OSINT, skanlama, enumerasiya və exploitation
- Veb sayt və tətbiqlərin təhlükəsizliyi, insan yönümlü hücumlar – parol təhlükəsizliyi, phishing, sosial mühəndislik, CTF və final imtahanı
Kursa kimlər qoşula bilər ?
Yaş aralığı : 10-15
Uşaqlar və Gənclər üçün uyğundur
İngilis dili səviyyəsi
İngilis dilində başlanğıc səviyyədə oxuma-yazma bacarığı olanlar
Məntiqi düşüncə
Problemləri analiz edib, düzgün həll yolları tapmağı bacaranlar
Kompüter istifadəsi
Kompüterdən rahatlıqla istifadə etməyi bacaranlar
Təlimçi Heyəti
Tez-tez verilən suallar
Bizə tez-tez verilən sualların cavabları ilə aşağıda tanış ola bilərsiniz.







-1755526252186.webp&w=1920&q=68)



-1758547528875.webp&w=1920&q=68)
-1758204114285.webp&w=1920&q=68)
-1755935067725.webp&w=1920&q=68)
-1773834273380.webp&w=1920&q=68)
-1779282429830.webp&w=1920&q=68)