"İlk saytını yarat" Workshop-u uğurla baş tutdu!

23 aprel tarixində British Academy və JET School-un birgə təşkilatçılığı ilə “İlk saytını yarat” adlı xüsusi workshop keçirildi. Tədbirdə 9-15 yaş aralığında olan uşaqlar və yeniyetmələr iştirak edərək ilk veb saytlarını yaratmağın əsaslarını öyrəndilər.
Workshop zamanı iştirakçılar HTML, CSS və JavaScript texnologiyalarından istifadə edərək öz sadə saytlarını qurma imkanı əldə etdilər. Təlim prosesi JET School-un peşəkar və təcrübəli təlimçiləri Rasim İsmayılov və Şükran Məmmədov tərəfindən aparıldı. Onlar yalnız texniki bacarıqları deyil, həm də alqoritmik düşüncə və yaradıcı yanaşma qabiliyyətlərini gücləndirmək üçün müxtəlif praktik tapşırıqlar təqdim etdilər.
Tədbirin əsas məqsədi uşaqlara texnologiya ilə ilk tanışlıq imkanını yaratmaq, onları motivasiya etmək və həm xarici dil, həm də proqramlaşdırma sahələrinə maraqlarını artırmaq idi. Rəngarəng və interaktiv keçən bu gün, gələcəyin proqramçıları üçün ilk addım kimi yadda qaldı.
Aşağıda tədbirdən yadda qalan görüntülərlə tanış ola bilərsiniz: