Server Side Rendering (SSR) — veb səhifənin məzmununun server tərəfində işlənib, tam HTML formatında istifadəçiyə göndərilməsi prosesidir.
Ənənəvi müasir veb tətbiqlərində (xüsusilə SPA - Single Page Application-larda) ilk olaraq minimal HTML sənədi yüklənir və sonrakı məzmun istifadəçinin brauzerində JavaScript vasitəsilə dinamik şəkildə formalaşır. Bu yanaşma sürətli interaktivlik təklif etsə də, SEO (axtarış motoru optimizasiyası) və ilkin yüklənmə sürəti baxımından bəzi problemlər yaradır.
SSR bu problemləri həll edir: səhifənin tam HTML versiyası serverdə yaradılır və istifadəçiyə təqdim edilir. Brauzer bu HTML-i dərhal göstərir, beləliklə istifadəçi məzmunu daha tez görə bilir və səhifə daha tez "hazır" görünür.
SSR-in əsas üstünlükləri:
SSR-in çətinlikləri və mənfi cəhətləri də var:
SSR hansı hallarda istifadə olunur?
Məsələn, Next.js framework-u SSR-i dəstəkləyir və bunu asanlaşdırır. Next.js-də getServerSideProps funksiyası istifadə edilərək hər dəfə sorğu gələndə serverdə yeni HTML yaradılır.
IT sahəsini dərindən öyrənmək üçün kurslarımıza qoşulun. Ətraflı məlumat almaq üçün sorğu göndərin!