
Rezistor (başqa adı müqavimət) — elektrik dövrəsində cərəyanın şiddətini məhdudlaşdıran və gərginliyi bölüşdürən sadə elektron komponentdir. Onun əsas xüsusiyyəti müqavimətdir və o, Om (Ω) ilə ölçülür.
Sadə desək: rezistor su borusundakı daralma kimidir — boru nə qədər dardırsa, su (cərəyan) bir o qədər az axır.
Rezistorun işi Omm qanunu ilə izah olunur:
U = I × R
Məsələn, 5 V gərginlikdə 220 Ω rezistordan keçən cərəyan təxminən 5 / 220 ≈ 0,023 A (23 mA) olur. Məhz bu səbəbdən LED ilə rezistor birlikdə istifadə olunur: rezistor olmasa, LED həddindən artıq cərəyan alıb yana bilər.
Rezistorun üzərindəki rəngli zolaqlar onun qiymətini göstərir. Məsələn, qırmızı-qırmızı-qəhvəyi zolaqlar 22 × 10 = 220 Ω deməkdir. Hər rəngin öz rəqəmi var (qara — 0, qəhvəyi — 1, qırmızı — 2, narıncı — 3 və s.).
Rezistor — elektronikanın ən əsas komponentidir. Onu başa düşmək Omm qanununu, LED qoşulmasını və sensorlarla işi öyrənmək üçün ilk addımdır. Robot və Arduino layihələrində bu bilik hər gün lazım olur.
İstəyirsiniz ki, bu biliyi praktikaya keçirib real nəticələr əldə edəsiniz? Robototexnika kursumuzla addım-addım öyrənməyə başlayın. Ətraflı məlumat üçün linkə keçid edin: Robototexnika kursu
Rezistor nə üçün istifadə olunur? Rezistor elektrik dövrəsində cərəyanı məhdudlaşdırmaq və gərginliyi bölmək üçün istifadə olunur. Məsələn, LED-i yanmaqdan qorumaq üçün onunla ardıcıl qoşulur.
LED üçün hansı rezistoru seçmək lazımdır? Arduino-da (5 V) adi LED üçün adətən 220 Ω ilə 330 Ω arasında rezistor kifayət edir. Dəqiq qiymət R = (U − U_LED) / I düsturu ilə hesablanır.