Komponent — veb proqramlaşdırmada, xüsusilə Front-End framework və kitabxanalarında (məsələn, React, Vue, Angular) istifadə olunan yenidən istifadə edilə bilən (reusable) və modul şəklində hazırlanmış kod blokudur. Komponentlər istifadəçi interfeysinin (UI) fərdi hissələrini yaratmağa və idarə etməyə imkan verir.
Məsələn:
Təsəvvür et ki, bir e-ticarət saytında hər məhsul üçün ayrı-ayrı kartlar var. Bu məhsul kartlarının hər biri — şəkil, başlıq, qiymət və düymə olan — bir komponent ola bilər. Bu komponenti yüzlərlə dəfə müxtəlif məhsullar üçün istifadə etmək mümkündür.
Ənənəvi HTML-də "komponent" anlayışı yoxdur, amma Web Components (Custom Elements, Shadow DOM və s.) vasitəsilə oxşar məntiq qurmaq mümkündür.
IT sahəsini dərindən öyrənmək üçün kurslarımıza qoşulun. Ətraflı məlumat almaq üçün sorğu göndərin!