Kitabxana (Library) proqramlaşdırmada, əvvəlcədən yazılmış və təkrar-təkrar istifadə oluna bilən funksiyaların, metodların və ya siniflərin toplusudur. Bu toplu proqramçıya müəyyən funksionallıqları sıfırdan yazmadan tətbiqinə əlavə etməyə imkan verir.
Kitabxana – proqramçının işini asanlaşdırmaq üçün yaradılmış hazır alətlər dəstidir.
| Xüsusiyyət | Kitabxana (Library) | Çərçivə (Framework) |
|-----------|---------------------|----------------------|
| Nəzarət | Proqramçı kodu idarə edir | Framework kodu idarə edir |
| İstifadə forması | İstədiyin vaxt çağırırsan | Onun strukturuna uyğun işləyirsən |
| Məsuliyyət | Kodun axını sənin əlinizdədir | Axını framework idarə edir |
Tutaq ki, sən JavaScript-də qrafiklər yaratmaq istəyirsən. Əgər Chart.js adlı kitabxananı istifadə etsən, qrafikin görünüşünü cəmi bir neçə sətr kodla qura bilərsən, əks halda isə sıfırdan canvas və qrafik kodları yazmalı olardın.
IT sahəsini dərindən öyrənmək üçün kurslarımıza qoşulun. Ətraflı məlumat almaq üçün sorğu göndərin!