JET School-dan valideynini itirmiş uşaqlara dəstək kampaniyası

Hər uşağın arzusu, maraq dairəsi və gələcəyə aparan öz yolu var. Biz inanırıq ki, maddi çətinlik bu yolda maneəyə çevrilməməlidir.
Bu kampaniyanı valideynlərindən birini itirmiş şagirdlər üçün hazırlamışıq. Məqsədimiz onların texnologiya və süni intellekt dünyasına qoşulmasına dəstək olmaqdır. Robotexnikadan kodlaşdırmaya, kibertəhlükəsizlikdən süni intellektə qədər JET School-un bütün imkanları bu uşaqlar üçün də açıqdır. Təhsil yolunda onların yanında olmaq istəyirik.
Kampaniyanın şərtləri
• Kursun bütün aylarına 15% endirim tətbiq olunur.
• Endirim tələbənin JET School-da təhsil aldığı bütün dövr ərzində qüvvədə qalır.
Kimlər müraciət edə bilər?
Yaşı 10–15 arasında olan və valideynlərindən biri vəfat etmiş şagirdlər müraciət edə bilər. Müraciəti şagirdin valideyni və ya qanuni nümayəndəsi edir.
Tələb olunan sənədlər
• Vəfat etmiş valideynin ölüm haqqında şəhadətnaməsi (surəti və ya şəkli)
• Şagirdin doğum haqqında şəhadətnaməsi
Qeyd: tələbə eyni anda yalnız bir kampaniyadan yararlana bilər.
Digər Postlar
Post tapılmadı
