Şəhid ailələrinə Özəl Endirim

Şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramla..
JET School olaraq Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə dəstək göstərməyi mənəvi borcumuz hesab edirik. Bu məqsədlə şəhid ailələrinin övladları üçün JET School-un bütün təlimlərinə 20% endirim təqdim edirik.
Bu kampaniya uşaqların və yeniyetmələrin müasir texnologiyalarla tanış olması, yeni bilik və bacarıqlar qazanması, maraq göstərdikləri istiqamətdə inkişaf etməsi üçün daha əlçatan imkan yaratmağı hədəfləyir.
JET School-da şagirdlər yaşlarına və maraqlarına uyğun proqramlar vasitəsilə IT, proqramlaşdırma, robotexnika, suni intellekt, kibertəhlükəsizlik və digər müasir sahələr üzrə biliklərini inkişaf etdirə bilərlər. İnanırıq ki, təhsilə göstərilən hər bir dəstək uşaqların gələcəyinə edilən dəyərli töhfədir. Qəhrəmanlarımızın bizə əmanət etdiyi ailələrin hər zaman yanında olmaqdan qürur duyuruq.
Kampaniya haqqında ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün JET School ilə əlaqə saxlaya bilərsiniz.
Digər Postlar
Post tapılmadı
