JET School-da Robototexnika üzrə Yeni Qrup Start Götürdü! 🤖

11 Oktyabr tarixində JET School-da 7–11 yaşlı uşaqlar üçün robototexnika kursunun yeni qrupu dərslərə start verdi. Gənc mühəndislərimiz robotlar dünyasına ilk addımlarını atmağa başladılar: elektron sxemlərlə tanış olur, ilk kodlarını yazır və öz əlləri ilə qurduqları sistemləri işə salırlar.

İlk mərhələdə uşaqlar nələri öyrənməyə başladılar?
- Robototexnikanın nə olduğunu anlamağı;
- Robotun parçaları ilə təhlükəsiz işləməyi;
- micro:bit sxemini və onun əsas hissələrini tanımağı;
- LED işıqlarını yandırıb-söndürməyi;
- Sadə kod blokları ilə proqram hazırlamağı;
- Ağıllı işıqfor sistemi qurmağı və proqramlaşdırmağı.
Bu mərhələ uşaqları növbəti, daha mürəkkəb layihələrə hazırlayır.
-1791974617468.webp)
Qarşıda nələr var?
6 ay davam edəcək uşaqlar üçün robototexnika proqramı boyunca şagirdlər Arduino, LEGO və VEX platformaları ilə də işləyəcək, sensorlu və hərəkətli robotlar quracaqlar. Proqram STEAM təhsili yanaşmasına əsaslanır: elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat bir layihədə birləşir. Nəticədə uşaqlar məntiqi düşünmə, problem həll etmə və komanda işi bacarıqlarını inkişaf etdirirlər.

Növbəti qrupa qeydiyyat açıqdır
Övladınızın da Bakıda robototexnika kursuna qoşulmasını istəyirsinizsə, növbəti qrup üçün qeydiyyat artıq davam edir. Kursa başlamazdan əvvəl ödənişsiz sınaq dərsində iştirak edə bilərsiniz. Valideynlər isə tədris müddətində övladlarının inkişafını mütəmadi hesabatlar vasitəsilə izləyə biləcəklər.
📍 Ünvan: JET Academy Gənclik, Olimpiya küçəsi 6A
📞 Əlaqə: +994 70 983 66 99 (WhatsApp)
✉️ E-poçt: info@jetschool.az
👉 Qeydiyyatdan keçin və övladınızın texnologiya dünyasına ilk addımını bizimlə birlikdə atın!
Digər Postlar
Post tapılmadı
