Bu gün JET School-da süni intellektdən danışdıq

19 sentyabr tarixində JET School-da süni intellekt mövzusunda açıq dərs keçirdik. Məqsədimiz sadə idi — süni intellektin nə olduğunu, gündəlik həyatımıza necə daxil olduğunu və gələcəkdə bizi nələr gözlədiyini birlikdə anlamaq. Dərs boyu süni intellektin necə "düşündüyündən", məşhur AI alətlərinin necə işlədiyindən və bu texnologiyanın həyatımızı necə asanlaşdıra biləcəyindən danışdıq. Nəzəriyyə ilə kifayətlənmədik — real nümunələr üzərində işlədik, suallar verdik, birlikdə müzakirə etdik.

Ən çox xoşumuza gələn məqamlardan biri iştirakçıların marağı oldu. Suallar bitmək bilmirdi, hər kəs öz fikrini bölüşmək istəyirdi. Belə canlı bir mühitdə dərs keçirmək bizim üçün də ayrı bir təcrübə idi.
-1790768195995.webp)
Süni intellekt artıq uzaq gələcək deyil — bu gün, elə bu dərsdə hiss etdiyimiz bir reallıqdır. JET School olaraq bu cür açıq dərsləri davam etdirəcəyik ki, hər kəs bu dəyişən dünyaya bir addım da yaxın olsun.
-1790768213887.webp)
Digər Postlar
Post tapılmadı
