Sinir şəbəkəsi (neyron şəbəkə) — ingiliscə Neural Network insan beyninin fəaliyyət prinsipini təqlid edən süni intellekt (AI) modelidir. Bu model neyronlar adlanan çox sayda kiçik vahidlərdən ibarətdir və bu neyronlar bir-biri ilə əlaqələnərək məlumatların emalını və öyrənilməsini mümkün edir. Məqsəd — kompüterlərin müxtəlif nümunələri və əlaqələri insan kimi tanıya bilməsini təmin etməkdir.
Sinir şəbəkəsi əsasən üç hissədən ibarətdir:
Hər bir neyron daxil olan məlumatı alır, sadə riyazi hesablama aparır və nəticəni növbəti qatdakı neyronlara ötürür. Bu proses zamanı neyronlar arasındakı əlaqələrin gücü (çəkilər, yəni weights) dəyişir. Bu dəyişiklik öyrənmə prosesinin əsasını təşkil edir — model yeni məlumatlara uyğunlaşır.
Sinir şəbəkələri böyük məlumatlarla işləmə və mürəkkəb nümunələri tanımaqda çox güclüdürlər. Onlar klassik alqoritmlərlə mümkün olmayan nəticələrə nail ola bilirlər və öyrəndikcə daha dəqiq və ağıllı qərarlar verə bilirlər.
IT sahəsini dərindən öyrənmək üçün kurslarımıza qoşulun. Ətraflı məlumat almaq üçün sorğu göndərin!