Hick qanunu (Hick’s Law) — istifadəçinin seçim etmək üçün lazım olan reaksiya vaxtının, qarşısında olan seçimlərin sayına və bu seçimlərin mürəkkəbliyinə proporsional olaraq artdığını bildirən bir qanundur.
Hick-Hyman Qanunu aşağıdakı formula ilə göstərilir:
T = b × log₂(n + 1)
Burada:
T – qərar vermək üçün tələb olunan vaxt
n – seçimlərin sayı
b – sabit (əməliyyatın mürəkkəbliyindən və şəraitdən asılıdır)
İnsan qarşısında nə qədər çox seçim olarsa, qərar vermək üçün bir o qədər çox vaxt sərf edir. Bu qanun istifadəçi təcrübəsi (UX) dizaynında çox vacib rol oynayır.
Təsəvvür edin, bir istifadəçiyə 3 seçim təqdim olunur: A, B, C. Reaksiya vaxtı 1 saniyə ola bilər. Lakin seçimlərin sayı 10-a qalxdıqda, istifadəçinin doğru qərar vermək üçün keçirdiyi vaxt əhəmiyyətli dərəcədə artır.
Hick qanunu istifadəçi interfeysində istifadəçi davranışını proqnozlaşdırmaq və reaksiya vaxtını optimallaşdırmaq üçün vacib nəzəriyyədir. Əgər siz istifadəçiyə çox seçim təqdim edirsinizsə, bu onların qərar verməsini ləngidə və ümumi təcrübəni zəiflədə bilər. Ona görə də, az, amma düşünülmüş seçimlər təqdim etmək daha effektiv olur.
IT sahəsini dərindən öyrənmək üçün kurslarımıza qoşulun. Ətraflı məlumat almaq üçün sorğu göndərin!