DDR nədir?
DDR (Double Data Rate)
DDR (Double Data Rate) — operativ yaddaşın (RAM) məlumatı hər takt dövründə iki dəfə ötürməsinə imkan verən texnologiyadır. Bu texnologiya DDR operativ yaddaşının sürətini artırır və məlumatların daha sürətli emal olunmasını təmin edir.
Takt — prosessorun (CPU) və operativ yaddaşın (RAM) işini sinxronlaşdıran saat generatorunun (Clock) bir impulsudur. DDR yaddaşı məlumatı takt siqnalının həm yüksələn, həm də enən kənarında ötürdüyü üçün bir takt ərzində iki dəfə məlumat göndərə bilir.
DDR operativ yaddaşı aşağıdakı cihazlarda istifadə olunur:
- masaüstü kompüterlərdə (DIMM);
- noutbuklarda (SO-DIMM);
- serverlərdə;
- bəzi daxili (embedded) sistemlərdə.
Müasir DDR yaddaş nəsilləri: DDR, DDR2, DDR3, DDR4 və DDR5. Hər yeni nəsil daha yüksək sürət, daha böyük ötürmə qabiliyyəti və daha az enerji sərfiyyatı təmin edir.
