Unity 2D Game Development kursu

Yaş: 13-17
Səviyyə: Başlanğıc
Müddət: 8 ay

Kurs Haqqında

Unity 2D Oyun Hazırlama Kursu (13–17 yaş)

Öz oyununu yarat — sıfırdan, öz əlinlə. JET School-un Unity 2D Game Development Kursu 13–17 yaş arası yeniyetmələr üçün hazırlanmış, praktiki və layihə əsaslı innovativ bir proqramdır.


JET School Unity 2D Game Development Kursu 8 aylıq intensiv proqram ərzində həftədə 2 dərs (2 əyani + 1 onlayn, hər biri 2 saat) formatında keçirilir. Tədris əsasən offline təşkil olunur, zəruri hallarda onlayn qoşulma imkanı da təqdim edilir. Tələbələr kurs boyunca bir neçə oyun hazırlayır və proqramın sonunda portfoliolarına əlavə edə biləcəkləri tam işlək final oyun layihəsi təqdim edirlər.

Bu kurs yalnız oyun hazırlamağı öyrətmir — eyni zamanda tələbələrdə alqoritmik düşüncə, problem həll etmə, kreativlik və layihə idarəetmə bacarıqları formalaşdıraraq onları gələcəyin texnologiya sahələrinə hazırlayır.


Nə öyrənəcəksiniz?

🔷 Modul 1 — Alqoritmlər və Məntiqi Düşüncə

Proqramlaşdırmanın təməlindən başlayın. Tələbələr problemləri analiz etməyi, addım-addım həll yolları hazırlamağı və flowchart-lar vasitəsilə düzgün planlama qurmağı öyrənirlər. Bu modul bütün texniki biliklərin əsasını formalaşdırır.

💻 Modul 2 — C# Proqramlaşdırma Əsasları

Oyun dünyasının dili — C#. Dəyişənlər, şərt operatorları, dövrlər, funksiyalar və obyekt yönümlü proqramlaşdırmanın əsas anlayışları praktiki tapşırıqlar vasitəsilə mənimsənilir. Modulun sonunda tələbələr Unity mühitində oyun mexanikalarını idarə edə biləcək səviyyədə script yaza bilirlər.

🎮 Modul 3 — Unity ilə 2D Oyunların Hazırlanması

Əsl oyun mühəndisliyi başlayır. Tələbələr Unity interfeysi, 2D fizika sistemi, animasiya, UI elementləri, gameplay mexanikaları və level design kimi peşəkar anlayışları real layihələr üzərində öyrənirlər. Kurs boyunca hazırlanan oyunlar portfelə əlavə olunur.


Oyunçudan yaradıcıya — addım bu gün atılır.

Oyun sənayesi dünyada ən sürətlə böyüyən texnologiya sahələrindən biridir. JET School-un Unity 2D Game Development Kursu ilə şagirdiniz bu sahədə peşəkar karyeraya güclü başlanğıc edir.

👉 İndi qeydiyyatdan keç

  • Alqoritm anlayışı və düzgün problem qurma bacarığı
  • Input → Process → Output məntiqi
  • Flowchart simvolları və oxunuş qaydaları
  • Ardıcıl, şərtli və dövrlü alqoritmlər
  • Sadə problemlərin addım-addım həlli
  • Dəyişənlər və data tipləri
  • Operatorlar və şərt blokları (if / switch)
  • Dövrlər (for, while) və metodlar
  • Array və List strukturları
  • Obyekt yönümlü proqramlaşdırmaya giriş (Class, Object)
  • Encapsulation və Inheritance anlayışı
  • Unity üçün script məntiqi və Inspector ilə işləmə
  • Unity interfeysi və project strukturu
  • Scene və GameObject anlayışı
  • Sprite, prefab və sorting layer məntiqi
  • Kamera ilə işləmə və səhnənin qurulması
  • Input sistemi ilə oyunçu idarəsi
  • Layihə strukturu və düzgün fayl idarəetməsi
  • Rigidbody2D və Collider komponentləri
  • Fizika əsasları və obyekt qarşılıqlı təsiri
  • Platformer və Top-Down hərəkət sistemləri
  • Jump, dash və müxtəlif hərəkət mexanikaları
  • Collision və trigger event-lər
  • Checkpoint və respawn sisteminin qurulması
  • Enemy davranışları və sadə AI məntiqi
  • Health və damage sistemləri
  • Score və collectible mexanikaları
  • Level progression və difficult balansı
  • Spawn sistemləri
  • Game state idarəetməsi (menu, pause, game over)
  • Canvas və UI elementləri ilə işləmə
  • Health bar, score və timer dizaynı
  • Pause və əsas menyunun hazırlanması
  • Audio sistemləri (SFX və fon musiqisi)
  • Vizual effektlər və oyunçu feedback-i
  • Animator Controller ilə işləmə
  • Animasiya keçidləri və state-lər
  • Animation event-lər
  • Level design əsasları
  • Performans optimizasiyasına giriş
  • Sprite atlas və build ölçüsünün azaldılması
  • Oyun ideyasının planlanması
  • Prototype hazırlanması
  • Mexanikaların tamamlanması və polish mərhələsi
  • Build alınması və oyunun yayıma hazırlanması
  • Gameplay təqdimatı və demo günü
  • Portfolio üçün layihənin düzgün paketlənməsi
#unity#alqoritm#c##2d gameplay#animation#2d#ui#physics#build & publish#unity#alqoritm#c##2d gameplay#animation#2d#ui#physics#build & publish

Kurs kimlər üçün uyğundur?

Kompüter istifadəsi

Kompüterdən rahatlıqla istifadə etməyi bacaranlar

İngilis dili səviyyəsi

İngilis dilində başlanğıc səviyyədə oxuma-yazma bacarığı olanlar

Oyunlara maraq

Rəqəmsal oyunlara maraqlı, yeni ideyalar qurmağı sevən yeniyetmələr üçün uyğundur

Yaş aralığı

13-17 yaşlı məktəblilər üçün uyğundur

Tez-tez verilən suallar

Bizə tez-tez verilən sualların cavabları ilə aşağıda tanış ola bilərsiniz.

Qeydiyyatdan keç

Digər kurslarımız