IT və Kompüter Mühəndisliyi kursu
-1792678524651.webp&w=1920&q=85)
Övladınız sadəcə kompüter istifadəçisi deyil, texnologiyanı yaradanlardan biri olsun!
Bugünkü məktəblilər texnologiya ilə böyüyür. Bəs onlar sadəcə oyun oynayan və sosial şəbəkələrdən istifadə edən olacaq, yoxsa gələcəyin proqramçıları, mühəndisləri və innovatorları?
👨💻 Bakıda 10-14 yaşlı uşaq və yeniyetmələr üçün nəzərdə tutulan bu IT və Kompüter Mühəndisliyi kursu, proqramlaşdırma və texnologiyanın əsaslarını əyləncəli və praktik formada öyrənmək imkanı yaradır.
Təlim zamanı məktəblilər nə öyrənəcəklər?
✅ Kompüter və İT biliklərinin əsasları (IT Essentials)
✅ Alqoritmik düşünmə və problemlərin həlli bacarıqları
✅ Blok yönümlü proqramlaşdırma və oyunların yaradılması
✅ Veb dizayn: Müasir sayt dizaylarının yaradılması
✅ Veb proqramlaşdırma (Web Development)
✅ Süni İntellekt alətləri ilə işin sürətləndirilməsi
✅ Python proqramlaşdırma dili və Python ilə proqramların hazırlanması
✅ Kibertəhlükəsizliyin Əsasları
✅ Beynəlxalq sertifikata hazırlıq
Bu təlim övladınıza nə qazandıracaq?
🌟 Məntiqi və analitik düşünmə bacarıqları
🌟 Yaradıcılıq və innovativ yanaşma
🌟 Problemləri müstəqil həll etmə qabiliyyəti
🌟 Texnologiyaları istehlak edən deyil, yaradan olmaq bacarığı
🌟 Gələcəyin ən perspektivli peşələri üçün möhkəm təməl
🌟 Dünyanın hər yerində keçərli olan beynəlxalq sertifikat
📈 Dünyada proqramlaşdırma, süni intellekt, kibertəhlükəsizlik və proqram təminatı mühəndisliyi sahələrinə tələbat sürətlə artır. Bu sahələrə erkən yaşdan başlayan uşaqlar gələcək karyeralarında böyük üstünlük əldə edirlər.
🎯 Əgər övladınızın texnologiyaya marağı varsa və etibarlı bir İT kursu axtarırsınızsa, JET School-un IT və Kompüter Mühəndisliyi kursu bunun üçün ideal seçimdir.
Təlimin modulları
- Kompüter texnologiyaları və arxitekturası — müasir kompüterlərin quruluşunu və əsas komponentlərin qarşılıqlı əlaqə prinsiplərini öyrənmək.
- Əməliyyat sistemləri və sistem idarəetməsi — əməliyyat sistemlərinin iş prinsiplərini və kompüter mühitinin idarə olunmasını praktiki şəkildə mənimsəmək.
- Kompüter şəbəkələri və internet — cihazların bir-biri ilə necə əlaqə qurduğunu, məlumat mübadiləsini və internetə çıxış prinsiplərini öyrənmək.
- Alqoritmlər, vizual proqramlaşdırma və oyunların yaradılması — məntiqi düşüncəni inkişaf etdirməklə yanaşı, öz proqramlarını, interaktiv layihələrini və kompüter oyunlarını yaratmaq.
- Süni intellekt və avtomatlaşdırılma — müasir AI texnologiyaları və intellektual, avtomatlaşdırılmış həllərin yaradılması: n8n, API, OpenClaw, Telegram AI asistent
- HTML ilə veb-səhifələrin strukturunun yaradılması
- CSS vasitəsilə saytların dizaynı və stilləndirilməsi
- Adaptiv (responsiv) dizayn və veb-animasiyaların hazırlanması
- JavaScript proqramlaşdırma dilinin əsaslarının öyrənilməsi
- JavaScript və DOM isitfadə edərək interaktivlik əlavə edilməsi
- API ilə işləmək və xarici məlumatların əldə edilməsi
- Proqramlaşdırmada AI assistentlər — təmiz, optimallaşdırılmış və sürətli kod yazmaq üçün süni intellektdən istifadə etməyi öyrənmək.
- Süni intellektlə proqramlaşdırma — tapşırıqları avtomatlaşdırır, yeni nəsil veb saytlar yaradır və inkişaf prosesini dəfələrlə sürətləndiririk.
- Kibertəhlükəsizliyə və hücum növləri – əsas anlayışlar, özünü qoruma metodları
- Linux əsasları və təhlükəsizlik – fayllar, istifadəçilər, sistem faylları və gizli məlumatlar
- Sistem və avtomatlaşdırma bacarıqları – şəbəkə əsasları, Bash skriptləri, Python-a giriş
- Kibertəhlükəsizlikdə Python proqramlaşdırma dili – şərtlər, dövrlər, funksiyalar, fayl/şəbəkə əməliyyatları və avtomatlaşdırma
- Şəbəkə texnologiyaları – şəbəkə anlayışı, növlər, OSI modeli və təhlükəsizlik prinsipləri
- Şəbəkə təhlükəsizliyi alətləri – Wireshark, Firewall, VPN, IDS və trafik analizi
- Etik Hakerlik və məlumatların toplanılması – Kali Linux, OSINT, skanlama, enumerasiya və exploitation
- Veb sayt və tətbiqlərin təhlükəsizliyi, insan yönümlü hücumlar – parol təhlükəsizliyi, phishing, sosial mühəndislik, CTF və final imtahanı
- Praktiki tətbiq olaraq Python da parol yoxlayıcı, şifrələmə, port skaner, veb skraper, fişinq detektoru və çat kimi 12 real layihənin sıfırdan proqramlaşdırılması və hakaton yarışı
- Dünyanın hər yerində keçərli olan Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikat
Qeydiyyatdan keç
Təlimçi Heyəti
Tez-tez verilən suallar
Bizə tez-tez verilən sualların cavabları ilə aşağıda tanış ola bilərsiniz.

-1788849651469.webp&w=1920&q=68)




-1787924560182.webp&w=1920&q=68)

















