Python ilə Back-End proqramlaşdırma kursu
pythonback-enddjangodjango rest frameworkrestful api
Kurs Haqqında
Uşaqlar üçün Python ilə Back-End proqramlaşdırma kursu kompüter savadı olan gənclər və texnologiya həvəskarları üçün nəzərdə tutulmuş, ətraflı və praktiki 8 aylıq təhsil proqramıdır. 12+ yaş qrupu üçün uyğun olan bu kurs, övladlarınıza müasir dövrdə tələb olan server proqramlaşdırma bacarıqları qazandıracaq!
Proqram altı əsas modulu əhatə edir:
- Python Fundamentalları: Əsas proqramlaşdırma anlayışları, data tipləri, funksiyalar, modullar, Git və versiya nəzarəti alətləri.
- Üst səviyyə Python və OOP: Fayllarla işləmə, səhvlərin emalı, dekoratorlar, OOP prinsipləri və virtual mühitlər (pipenv).
- JavaScript və Verilənlər Bazası: JavaScript əsasları, PostgreSQL ilə CRUD əməliyyatları və verilənlər bazaları arxitekturası.
- Django Framework: Veb əsaslı tətbiqlərin yaradılması üçün istifadə olunan Python-un ən məşhur framework-ü olan Django əsasları, views, URL-lər, templatelər, ORM, admin panel və form validasiyası.
- Django Rest Framework (DRF): Sistemlər arası inteqrasiya üçün API-ların hazırlanması, serializasiya, HTTP metodları, autentifikasiya, middleware və Django Signals.
- Full-Stack İnteqrasiya və Deployment: Layihələrin yerləşdirilməsi, Front-End və Back-End inteqrasiyası, API testləri, Docker və NGINX ilə deploy və final layihə.
- Proqramlaşdırmaya giriş, Python-un quraşdırılması, VS Code-un sazlanması
- Dəyişənlər, məlumat tipləri, sətirlər (strings)
- Listlər, tuplar, lüğətlər (dictionaries)
- Şərti operatorlar (if/else)
- Dövrlər: for və while
- Təcrübə: dövrlər və şərtlərdən istifadə edən tapşırıqlar
- Təkrar və mini layihə (kalkulyator, ədəd oyunu və s.)
- Quiz və səhvlərin müzakirəsi
- Funksiyaların yazılması, parametrlər, qaytarılan dəyərlər
- Lambda ifadələri və daxili funksiyalar
- Modulların import edilməsi, layihə strukturu
- Paket menecerləri: pip və pipenv
- Virtual mühitlər: yaradılması və istifadəsi
- Git əsasları: init, add, commit, push, pull
- GitHub/Bitbucket: repozitoriyalar və uzaqdan iş
- Branching, merge konfliktləri, komanda işi üzrə mini layihə
- with open() istifadə edərək faylların oxunması və yazılması
- Try/except blokları, xüsusi istisnalar
- sys, os modulları və fayl yollarının idarə edilməsi
- Tarix və vaxtla işləmək (datetime modulu)
- Obyekt yönümlü proqramlaşdırma: siniflər və obyektlər
- Inkapsulyasiya və irsiyyət (inheritance)
- Kod stili (PEP8), tip annotasiyaları
- Mini layihə: fayl əsaslı qeydlər tətbiqi
- Polimorfizm və abstraksiya
- Python-da dekoratorlar
- HTML5 əsasları: quruluş, teqlər, formalar
- CSS3 əsasları: stillər, selektorlar, yerləşdirmə (layout)
- Formlar və validasiya üslubları
- DOM quruluşu və veb səhifənin anatomiyası
- Mini layihəyə başlama: şəxsi portfel saytının hazırlanması
- Mini layihənin tamamlanması və təqdimatı
- JavaScript əsasları: dəyişənlər, tiplər, funksiyalar
- Arrow funksiyalar, let/const, ES6 sintaksisi
- JS-də if/else, for, while dövrləri
- DOM manipulyasiyası, event handling
- PostgreSQL və pgAdmin-ə giriş
- SQL: CREATE, INSERT, SELECT
- SQL: UPDATE, DELETE
- Təcrübə: SQL sorğularının yazılması
- SQL JOIN-lar və aqreqasiya funksiyaları (COUNT, SUM və s.)
- PostgreSQL məlumat tipləri və məhdudiyyətlər (constraints)
- Django-nun quraşdırılması və qovluq strukturu
- Views və URL marşrutlaşdırma
- Şablon sistemi və statik fayllar
- Django ORM və model sahələri
- Miqrasiyalar və Django Admin
- Mini layihə: blog və ya qeydiyyat sistemi
- Django formaları və validasiya
- Django autentifikasiya sistemi
- DRF-in quraşdırılması və arxitekturası
- Serializatorlar və generik view-lar
- JWT autentifikasiyası
- API metodları: GET, POST, PUT, DELETE
- Filtrləmə, səhifələmə (pagination) və axtarış
- Mini REST API layihəsinin hazırlanması
- API testləri: Postman, DRF test alətləri
- Multithreading və multiprocessing
- Frontend bağlantısı: JS Fetch API
- Docker əsasları və imic yaradılması
- NGINX konfiqurasiyası və proxy quraşdırılması
- Final layihə: planlama, struktur, komanda rolları
- Layihənin hazırlanması və kodun yoxlanması (code review)
- Layihənin təqdimatı, GitHub-a yüklənməsi və rəy (feedback)
Qeydiyyatdan keç
Kursa kimlər qoşula bilər ?
Kompüter istifadəsi
Kompüterdən rahatlıqla istifadə etməyi bacaranlar
İngilis dili səviyyəsi
İngilis dilində başlanğıc səviyyədə oxuma-yazma bacarığı olanlar
Məntiqi düşüncə
Problemləri analiz edib, düzgün həll yolları tapmağı bacaranlar
12+ yaş
Yeniyetmələr və gənclər üçün uyğundur
Kursun Müəllimləri
Peşəkar və təcrübəli müəllimlərimiz

-1755526252186.webp&w=828&q=75)
