
Kurs Haqqında
JET School-un kibertəhlükəsizlik kursu 11–16 yaş arası yeniyetmələr üçün nəzərdə tutulmuş praktiki və innovativ təhsil proqramıdır. Kurs 8 ay davam edir və həftədə 3 dərs formatında keçirilir (hər dərs 2 saat olmaqla: 2 üzbəüz, 1 onlayn).
Proqram üç əsas modulu əhatə edir:
Şəbəkələr və Linux
Şəbəkə strukturları, protokollar, Linux əmrləri, fayl və istifadəçi idarəetməsi.
Blue Team (Müdafiə və monitorinq)
Tələbələr sistem loqlarının analizi, zərərli proqramlardan qorunma, firewall, IDS/IPS və SIEM ilə işləməyi, Wireshark vasitəsilə şəbəkə trafikinə nəzarəti, eləcə də insidentlərə operativ reaksiya verməyi öyrənəcəklər.
Red Team (Etik hücumlar və pentest)
Tələbələr veb tətbiqlər və sistemlərdə zəifliklərin aşkarlanması, OSINT və pentest alətləri ilə təhlükəsiz laboratoriya məşğələləri, həmçinin müdafiəni yoxlamaq üçün hücum ssenarilərinin modelləşdirilməsini öyrənəcəklər.
Tədris prosesi praktiki laboratoriyalar və real nümunələr üzərində qurulub. Burada tələbələr mentorların dəstəyi ilə kibertəhlükəsizlik bacarıqlarını inkişaf etdirir və etik hücum ssenarilərini təhlükəsiz mühitdə tətbiq edirlər.
Kurs tələbələrə kibertəhlükəsizlik sahəsində fundamental biliklərlə yanaşı, tənqidi düşünmə, problem həll etmə və komanda ilə işləmə bacarıqları qazandırır və gələcək peşəkar karyera üçün möhkəm zəmin yaradır.
Kompüterdən rahatlıqla istifadə etməyi bacaranlar
İngilis dilində başlanğıc səviyyədə oxuma-yazma bacarığı olanlar
Şəbəkə anlayışı, əsas növləri və işləmə prinsipləri ilə tanışlıq
Uşaqlar və Gənclər üçün uyğundur