Unity 2D Game Development kursu
Kurs Haqqında
JET School-un Unity 2D Game Development kursu 13–17 yaş arası yeniyetmələr üçün nəzərdə tutulmuş, praktiki və layihə əsaslı təhsil proqramıdır. Kurs 8 ay davam edir və həftədə 2 dərs formatında keçirilir (2 əyani + 1 online, hər biri 2 saat). Tədris əsasən offline təşkil olunur, zəruri hallarda online qoşulma imkanı təqdim edilir.
Proqram üç əsas modulu əhatə edir:
Alqoritmlər və Məntiqi Düşüncə
Tələbələr proqramlaşdırmanın fundamentini təşkil edən alqoritmik düşünmə bacarığını inkişaf etdirir, problemləri analiz etməyi və addım-addım həll etməyi öyrənirlər. Flowchart-lar vasitəsilə düzgün planlama qurma və effektiv həll yolları hazırlama bacarıqları formalaşdırılır.
C# Proqramlaşdırma Əsasları
Bu modulda tələbələr dəyişənlər, şərt operatorları, dövrlər, funksiyalar və obyekt yönümlü proqramlaşdırmanın əsas anlayışlarını mənimsəyirlər. Nəticədə onlar Unity mühitində oyun mexanikalarını idarə edə biləcək səviyyədə script yazma bacarığı əldə edirlər.
Unity ilə 2D Oyunların Hazırlanması
Tələbələr Unity interfeysi ilə tanış olur, 2D fizika sistemi, animasiya, UI elementləri, gameplay mexanikaları və level design kimi vacib anlayışları real layihələr üzərində öyrənirlər. Kurs boyunca bir neçə oyun hazırlayan tələbələr proqramın sonunda portfoliolarına əlavə edə biləcəkləri tam işlək final oyun layihəsi təqdim edirlər.
Tədris prosesi tam praktiki şəkildə qurulub — tələbələr mentor dəstəyi ilə real oyun layihələri üzərində işləyir, texniki biliklərini tətbiq edir və yaradıcı yanaşmalarını inkişaf etdirirlər.
Bu kurs yalnız oyun hazırlamağı öyrətmir — eyni zamanda tələbələrdə alqoritmik düşüncə, problem həll etmə, kreativlik, komanda ilə işləmə və layihə idarəetmə bacarıqları formalaşdıraraq onları gələcəyin texnologiya sahələrinə hazırlayır və oyun inkişafı istiqamətində karyera üçün güclü təməl yaradır.
- Alqoritm anlayışı və düzgün problem qurma bacarığı
- Input → Process → Output məntiqi
- Flowchart simvolları və oxunuş qaydaları
- Ardıcıl, şərtli və dövrlü alqoritmlər
- Sadə problemlərin addım-addım həlli
- Dəyişənlər və data tipləri
- Operatorlar və şərt blokları (if / switch)
- Dövrlər (for, while) və metodlar
- Array və List strukturları
- Obyekt yönümlü proqramlaşdırmaya giriş (Class, Object)
- Encapsulation və Inheritance anlayışı
- Unity üçün script məntiqi və Inspector ilə işləmə
- Unity interfeysi və project strukturu
- Scene və GameObject anlayışı
- Sprite, prefab və sorting layer məntiqi
- Kamera ilə işləmə və səhnənin qurulması
- Input sistemi ilə oyunçu idarəsi
- Layihə strukturu və düzgün fayl idarəetməsi
- Rigidbody2D və Collider komponentləri
- Fizika əsasları və obyekt qarşılıqlı təsiri
- Platformer və Top-Down hərəkət sistemləri
- Jump, dash və müxtəlif hərəkət mexanikaları
- Collision və trigger event-lər
- Checkpoint və respawn sisteminin qurulması
- Enemy davranışları və sadə AI məntiqi
- Health və damage sistemləri
- Score və collectible mexanikaları
- Level progression və difficult balansı
- Spawn sistemləri
- Game state idarəetməsi (menu, pause, game over)
- Canvas və UI elementləri ilə işləmə
- Health bar, score və timer dizaynı
- Pause və əsas menyunun hazırlanması
- Audio sistemləri (SFX və fon musiqisi)
- Vizual effektlər və oyunçu feedback-i
- Animator Controller ilə işləmə
- Animasiya keçidləri və state-lər
- Animation event-lər
- Level design əsasları
- Performans optimizasiyasına giriş
- Sprite atlas və build ölçüsünün azaldılması
- Oyun ideyasının planlanması
- Prototype hazırlanması
- Mexanikaların tamamlanması və polish mərhələsi
- Build alınması və oyunun yayıma hazırlanması
- Gameplay təqdimatı və demo günü
- Portfolio üçün layihənin düzgün paketlənməsi
Qeydiyyatdan keç
Kursa kimlər qoşula bilər ?
Kompüter istifadəsi
Kompüterdən rahatlıqla istifadə etməyi bacaranlar
İngilis dili səviyyəsi
İngilis dilində başlanğıc səviyyədə oxuma-yazma bacarığı olanlar







-1755526252186.webp&w=828&q=75)




-1758547528875.webp&w=828&q=75)
-1758204114285.webp&w=828&q=75)
-1755935067725.webp&w=828&q=75)
-1770037236923.webp&w=828&q=75)