IT və Kompüter Mühəndisliyi kursu

Kurs Haqqında
Kompüter Mühəndisliyi Kursu 10-15 yaş arası məktəblilər üçün nəzərdə tutulmuş, 12 aylıq (hər biri 4 ay olmaqla 3 modul) və həftədə 3 dərs (2 əyani + 1 online, hər biri 2 saat) formatında təşkil olunmuş təhsil proqramıdır.
Proqram üç əsas modulu əhatə edir:
- IT əsasları və Scratch-də oyun yaratma
- HTML, CSS və JavaScript ilə veb proqramlaşdırma
- Python və etik hakinq ilə kibertəhlükəsizlik
Tədris praktiki tapşırıqlara və real layihələrə əsaslanır, burada tələbələr mentor dəstəyi ilə öz oyunlarını yaradır, veb saytlar hazırlayır və təhlükəsizlik sistemlərini öyrənirlər! Hər modul başa çatdıqda tələbələrə ayrıca sertifikat, kursun tam başa çatması ilə isə tam proqram sertifikatı təqdim edilir. Kurs texniki biliklərlə yanaşı, məntiqi düşüncə, problem həll etmə bacarıqları və portfolio yaratmaq imkanı təqdim edərək, gələcəyin texnologiya sahəsində karyera qurmaq üçün fundamental baza yaradır.
- Kompüterin başa düşülməsi, aparat təminatı, sökülməsi və yığılması
- Əməliyyat sistemlərini (Windows, Linux, macOS) və onların işləmə prinsiplərini anlama
- BIOS/UEFI ilə işləmək və Windows quraşdırma prosesini başa düşmək
- Şəbəkənin əsas anlayışları: internet, Wi-Fi, IP ünvan, router
- Alqoritmlər və blok-sxemlər (Flowcharts)
- Alqoritmlərin, blok-sxemlərin və pseudocode-un qurulması
- Scratch ilə proqramlaşdırmanın əsaslarının öyrənilməsi
- Oyun və interaktiv layihələrin yaradılması
- Figma ilə tanışlıq, əsas alətlər və istifadəçi interfeyslərinin yaradılması
- Rəng nəzəriyyəsinin əsasları və yekun layihə: veb və mobil tətbiq dizaynı
- HTML ilə veb-səhifələrin strukturunun yaradılması
- CSS vasitəsilə saytların dizaynı və stilləndirilməsi
- Adaptiv (responsiv) dizayn və veb-animasiyaların hazırlanması
- JavaScript proqramlaşdırma dilinin əsaslarının öyrənilməsi
- JavaScript və DOM isitfadə edərək interaktivlik əlavə edilməsi
- API ilə işləmək və xarici məlumatların əldə edilməsi
- Kibertəhlükəsizliyə və hücum növləri – əsas anlayışlar, özünü qoruma metodları
- Linux əsasları və təhlükəsizlik – fayllar, istifadəçilər, sistem faylları və gizli məlumatlar
- Sistem və avtomatlaşdırma bacarıqları – şəbəkə əsasları, Bash skriptləri, Python-a giriş
- Kibertəhlükəsizlikdə Python proqramlaşdırma dili – şərtlər, dövrlər, funksiyalar, fayl/şəbəkə əməliyyatları və avtomatlaşdırma
- Şəbəkə texnologiyaları – şəbəkə anlayışı, növlər, OSI modeli və təhlükəsizlik prinsipləri
- Şəbəkə təhlükəsizliyi alətləri – Wireshark, Firewall, VPN, IDS və trafik analizi
- Etik Hakerlik və məlumatların toplanılması – Kali Linux, OSINT, skanlama, enumerasiya və exploitation
- Veb sayt və tətbiqlərin təhlükəsizliyi, insan yönümlü hücumlar – parol təhlükəsizliyi, phishing, sosial mühəndislik, CTF və final imtahanı
Qeydiyyatdan keç
Kursa kimlər qoşula bilər ?
9-15 yaş
Yeniyetmələr və gənclər üçün uyğundur
Kompüter istifadəsi
Kompüterdən rahatlıqla istifadə etməyi bacaranlar
İngilis dili səviyyəsi
İngilis dilində başlanğıc səviyyədə oxuma-yazma bacarığı olanlar
Məntiqi düşüncə
Problemləri analiz edib, düzgün həll yolları tapmağı bacaranlar