Xəbər
Tarix: 03.02.2026
Saat: 12:00
JET School Şagirdləri üçün Ekskursiya Keçirildi

28 yanvar tarixində JET School şagirdləri üçün İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə ekskursiya təşkil olundu.
Ekskursiya çərçivəsində şagirdlər IT sahəsinin real iş mühiti ilə yaxından tanış oldular, texnoloji prosesləri yerində müşahidə etdilər və informasiya-kommunikasiya texnologiyalarının praktiki tətbiqi haqqında ətraflı məlumat əldə etdilər.
Bu maarifləndirici səfər şagirdlərə:
- texnologiya dünyasını daha yaxından tanımaq,
- əldə etdikləri bilikləri real mühitlə əlaqələndirmək,
- gələcək peşə seçimləri barədə düşünmək
imkanı yaratdı.
JET School-da təşkil olunan bu cür ekskursiyalar tədris prosesinin praktiki tərəfini gücləndirməklə yanaşı, şagirdlərin IT sahəsinə marağının artırılmasına xidmət edir.
Teqlər:
ekskursiyaITIKTjet school
Post tapılmadı