Funksiya anotasiyaları (Function Annotations) — Python funksiyalarında giriş (parametr) və çıxış (nəticə) tiplərini göstərmək üçün istifadə edilən bir xüsusiyyətdir. Onlar funksiyanın necə işlədiyini daha aydın, sənədləşdirilmiş və asudə başa düşülən edir. Lakin vacib qeyd: anotasiyalar sadəcə göstərişdirlər, Python tərəfindən icra vaxtında yoxlanmırlar.
def function_name(param1: type1, param2: type2) -> return_type:
pass
def toplama(a: int, b: int) -> int:
return a + b
Bu funksiyada a və b dəyişənlərinin tam ədəd (int) olacağı, və nəticənin də tam ədəd olacağı göstərilib.
Ancaq aşağıdakı kimi işləyəcək:
print(toplama("5", "7")) # Çıxış: 57
Yəni: Anotasiya olsa belə, Python tipə baxmır və səhv vermir. Bunun üçün əlavə yoxlama (type checking) üçün mypy, pylint, və ya pyright kimi vasitələr istifadə olunur.
from typing import List, Tuple, Dict
def işləyənlər(siyahı: List[str]) -> Tuple[int, str]:
return len(siyahı), siyahı[0]
IT sahəsini dərindən öyrənmək üçün kurslarımıza qoşulun. Ətraflı məlumat almaq üçün sorğu göndərin!