JET School

Xəbər
Tarix: 03.02.2026
Saat: 12:00

JET School tələbələri üçün İKT Agentliyində Ekskursiya Keçirildi

JET School tələbələri üçün İKT Agentliyində Ekskursiya Keçirildi

28 yanvar tarixində JET School tələbələri üçün İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə ekskursiya təşkil olundu.

Ekskursiya çərçivəsində şagirdlər IT sahəsinin real iş mühiti ilə yaxından tanış oldular, texnoloji prosesləri yerində müşahidə etdilər və informasiya-kommunikasiya texnologiyalarının praktiki tətbiqi haqqında ətraflı məlumat əldə etdilər.

Bu maarifləndirici səfər rələbələrə:

  • texnologiya dünyasını daha yaxından tanımaq,
  • əldə etdikləri bilikləri real mühitlə əlaqələndirmək,
  • gələcək peşə seçimləri barədə düşünmək

imkanı yaratdı.

JET School-da təşkil olunan bu cür ekskursiyalar tədris prosesinin praktiki tərəfini gücləndirməklə yanaşı, rələbələrin IT sahəsinə marağının artırılmasına xidmət edir.

Teqlər:

ekskursiyaITIKTjet school

Post tapılmadı

IT Kurslarımız haqqında məlumat almaq üçün qeydiyyatdan keçin