JET School

XəbərTarix: 27.10.2025 12:41

JET School-da proqramlaşdırma yarışması baş tutdu!

JET School-da proqramlaşdırma yarışması baş tutdu!

JET School-da məzunlar və tələbələr arasında maraqlı və gərgin proqramlaşdırma yarışması keçirildi. Yarışmada iki komanda — “Eagles”“Tigers” — sıfırdan veb layihə hazırlayaraq öz biliklərini, yaradıcılıqlarını və komanda ruhunu nümayiş etdirdilər. 🦅🐯

Tədbir zamanı iştirakçılar real vaxtda layihələr üzərində işləyərək əməkdaşlıq, vaxt idarəetməsiproblem həlli bacarıqlarını sınaqdan keçirdilər. Yarışma həm məzunlar, həm də hazırda təhsil alan tələbələr üçün həm praktiki təcrübə, həm də əyləncəli öyrənmə imkanı yaratdı.

Yarışmanın sonunda “Eagles” komandası qalib elan olundu! 🎉

Bununla belə, hər iki komanda yüksək səviyyədə çıxış edərək proqramlaşdırma sahəsindəki bilik və bacarıqlarını uğurla nümayiş etdirdi.

Bu yarışma yalnız rəqabət deyil, həm də öyrənmək, əməkdaşlıq və komanda ruhunu gücləndirmək üçün təşkil olunmuşdu.

JET School kollektivi olaraq bütün iştirakçıları təbrik edir, gələcək layihələrində onlara uğurlar arzulayırıq! 💻✨

Teqlər:

yarışmauşaqlar üçünproqramlaşdırmatigerseagles

Post tapılmadı

IT Kurslarımız haqqında məlumat almaq üçün qeydiyyatdan keçin