Backend Development nədir?

Frontend və backend haqqında danışanda adətən belə deyirik:
- Frontend – saytın görünən hissəsidir.
- Backend – arxa məntiqidir.
Amma “arxa məntiq” dedikdə konkret olaraq nə nəzərdə tutulur? Bu söz çox istifadə olunur, amma çox vaxt tam izah edilmir.
Gəlin bunu real nümunə ilə başa düşək.
Restoran Nümunəsi ilə İzah
Təsəvvür edin ki, bir restorandasınız.
- Menyuya baxırsınız
- Yemək seçirsiniz
- Sifariş verirsiniz
- Yemək masanıza gəlir
Bu prosesdə:
Frontend – menyu, masa, ofisiant və sizin gördüyünüz hər şeydir. Backend isə mətbəxdir.Siz mətbəxdə nə baş verdiyini görmürsünüz, amma əsas iş orada gedir.Mətbəxdə nə olur?
- Sifariş qəbul edilir
- Hansı məhsuldan nə qədər istifadə olunacağı müəyyən edilir
- Yemək hazırlanır
- Hazır nəticə göndərilir
Backend development – istifadəçinin görmədiyi, amma sistemin işləməsini təmin edən hissənin hazırlanmasıdır.
Backend aşağıdakı işləri görür:
- Məlumatları qəbul edir
- Məlumatları yoxlayır
- Hesablamalar aparır
- Verilənlər bazası ilə işləyir
- Nəticəni frontend-ə qaytarır
“Arxa Məntiq” konkret olaraq nə deməkdir?
“Arxa məntiq” dedikdə nəzərdə tutulan şey budur:
Qaydalar (Business Logic)
Məsələn:
- İstifadəçi 18 yaşdan kiçikdirsə qeydiyyatdan keçə bilməz
- Məhsul stokda yoxdursa sifariş qəbul olunmamalıdır
- Şifrə minimum 8 simvol olmalıdır
- Endirim yalnız aktiv kampaniyada tətbiq olunur
Bunların hamısı backend-də yazılır. Frontend sadəcə məlumatı göstərir. Qərarı isə backend verir.
Məlumatların idarə olunması
Backend:
- Məlumatı bazaya yazır
- Bazadan oxuyur
- Yeniləyir
- Silir
Məsələn:
- Login zamanı istifadəçi məlumatı bazadan yoxlanılır
- Sifariş edəndə məlumat bazaya yazılır
- Profil dəyişəndə məlumat yenilənir
Təhlükəsizlik
Backend olmadan təhlükəsizlik olmaz.
Məsələn:
- Şifrələr hash olunur
- Token yoxlanılır
- İcazəsi olmayan user məlumat görə bilmir
- Admin və normal user fərqləndirilir
Frontend bunları özü həll edə bilməz. Çünki frontend kodu istifadəçinin brauzerində işləyir və dəyişdirilə bilər.
Real Texniki Nümunə
Məsələn istifadəçi login edir.
Frontend:
- Email və şifrəni alır
- Backend-ə göndərir
Backend:
- Email bazada varmı yoxlayır
- Şifrə düzgündürmü yoxlayır
- Əgər düzgündürsə token yaradır
- Tokeni geri qaytarır
Burada əsas qərar verən hissə backend-dir.
Backend Olmasa Nə Olar?
Backend olmasa:
- Login işləməz
- Qeydiyyat olmaz
- Məlumatlar saxlanılmaz
- Sifariş mümkün olmaz
- Təhlükəsizlik olmaz
Yəni sayt sadəcə “görünən şəkil” olar.
Backend Hansı Dillərlə Yazılır?
Backend development üçün müxtəlif texnologiyalar istifadə olunur:
- C# (.NET)
- Java
- Node.js
- Python
- PHP
- Go
Məsələn, .NET ilə:
- API yazılır
- Database ilə əlaqə qurulur
- Authentication sistemi qurulur
- Business logic tətbiq olunur
Backend Developer nə edir?
Backend developer:
- Sistem arxitekturası qurur
- API-lər yazır
- Database dizayn edir
- Performansı optimallaşdırır
- Təhlükəsizlik tədbirləri görür
O, istifadəçinin görmədiyi, amma bütün sistemi ayaqda saxlayan hissəni qurur.
Backend Development öyrənmək proqramlaşdırma biliklərinizi gücləndirir və sizi real server tərəfli sistemlər qurmağa hazır edir. Əgər sən də müasir və güclü veb tətbiqlər yaratmaq istəyirsənsə, Jet School-da keçirilən Backend Development dərslərinə qoşul və gələcəyini özün qur!
Kursumuz barədə ətraflı məlumat almaq üçün aşağıdakı linkə keçid edin:
https://jetschool.az/az/course/c-net-back-end-proqramlasdirma-kursu
Teqlər:

Müəllif
Isa Sadıqov
IT mütəxəssisi






-1766385426555.webp&w=3840&q=75)