UI/UX dizayn kursu
Kurs Haqqında
UI/UX Dizayn Kursu 11–16 yaş arası yeniyetmələr üçün nəzərdə tutulmuş, 6 aylıq və həftədə 3 dərs (hər biri 2 saat, 2 Əyani + 1 Onlayn) formatında keçirilən praktiki və yaradıcılıq yönümlü təhsil proqramıdır.
Proqram altı əsas modulu əhatə edir:
- UI/UX və Figma Əsasları – Figma interfeysi, frame-lər, rəng, tipoqrafiya və vizual hierarxiya. Tələbələr mobil home və kilid ekranları dizayn edirlər.
- Responsiv Dizayn və Stil Sistemi – Mobil, tablet və desktop versiyalar, grid və stil sistemləri, Figma pluginləri. Çox səhifəli responsiv vebsayt dizayn olunur.
- Komponentlər və Dizayn Sistemləri – Komponentlər, dəyişənlər, effektlər və Material dizayn sistemi. Tələbələr öz dizayn sistemlərini və komponent kitabxanasını yaradırlar.
- İstifadəçi Tədqiqatı və UX Əsasları – Dizayn düşüncəsi, istifadəçi tədqiqatı, persona və empatiya xəritələri, əlçatanlıq prinsipləri. Study Planner tətbiqi üçün araşdırma aparılır.
- Mobil Tətbiq Dizaynı və Wireframing – İstifadəçi flowları, wireframe və low-fidelity dizayn. Tələbələr real layihələr üzərində işləyirlər.
- Prototipləmə və Portfolionun Hazırlanması – İnteraktiv prototiplər, mikro-interaksiyalar, komanda əməkdaşlığı və Behance portfolio. Final layihəsi ilə tam funksional dizayn hazırlanır.
Tədris prosesi tam praktiki şəkildə qurulub — tələbələr real layihələr üzərində işləyir, müxtəlif tətbiq və saytların dizayn prosesini addım-addım öyrənir, Figma-nın yeni süni intellekt texnologiyası olan Make AI alətindən istifadə edərək həm UI, həm də UX bacarıqlarını inkişaf etdirirlər. Bu alət sadə mətn sorğuları ilə statik dizaynları interaktiv prototiplərə və funksional koda çevirir, dizayn prosesini sürətləndirir. Beləliklə, tələbələr innovativ AI texnologiyalarından istifadə edərək layihələri daha səmərəli və müasir şəkildə həyata keçirirlər.
Kurs, tələbələrə yalnız dizayn alətlərini öyrətmir — həmçinin yaradıcılıq, analitik düşüncə, vizual kommunikasiya və problem həll etmə bacarıqları qazandıraraq gələcəkdə UI/UX sahəsində peşəkar karyera üçün güclü təməl yaradır.
- UI/UX dizayn nədir? Figmaya giriş
- Figma əsasları
- Frame nədir və necə istifadə edilir?
- Rənglər, rəng teoriyası. Dizaynda necə tətbiq etmək olar?
- Tipoqrafiyanın əsasları: şriftlər, hiyerarxiya, oxunaqlılıq
- Sadə dizayn layihəsi
- Figma alətləri və resursları
- Mini project : Mobil telefon home və kilid ekranı dizaynı
- Responsiv dizayna keçid - desktop versiyası
- Dizayn fayl strukturu, stil təlimatı (style guide) səhifəsi yaratmaq
- Mobil dizayn
- Tablet dizayn
- Sadə Responsiv Landing Vebsayt dizaynı
- Figma pluginlər və faydalı pluginlər
- Çox səhifəli responsiv dizayn
- Komponentlərə giriş
- Komponent xüsusiyyətləri
- Grid nədir və necə dizaynda tətbiq edilir
- Effektlər, gradientlər, şəkillərlə iş
- Dəyişənlər (variables) və stillər
- Spacing, radius, opacity, position
- Dizayn sistem nədir? Material dizayn sistemi haqqında
- Öz dizayn sistemini yaratmaq
- Dizayn düşüncə prosesi: Empathize, Define, Ideate, Prototype, Test
- İstifadəçi tədqiqat metodları (interviews, surveys)
- Figma-da istifadəçi personaları və empatiya xəritələri yaratmaq
- Formlar və validation stili
- Əlçatanlıq əsasları: hər kəs üçün dizayn
- Mini proyect: Study Planner Tətbiqi üçün personaları araşdırın və yaradın
- Tədqiqat nəticələrini təqdim etmək və fikirləri müzakirə etmək
- Mobil tətbiq dizaynının yaradılması
- İnformasiya arxitekturası: məzmunu məntiqi şəkildə təşkili
- İstifadəçi flowları:i nterfeyslər vasitəsilə istifadəçi yollarının xəritələşdirilməsi
- Wireframing-ə giriş: low-fidelity dizayn
- Mini proyekt: Çatdırılma mobil tətbiqi üçün wireframe hazırlama
- Praktika
- Mini proyekt: mobil bank tətbiqi hazırlama
- Praktika
- Prototipləşdirməyə giriş: dizaynları interaktiv etmək
- Mikro-interaksiyalar: hover effects, button states, loading
- Müxtəlif tipli slayderlər necə yaradılır
- Figma-da komanda əməkdaşlığı: paylaşma ,şərhyazma, icazələr və dizayn portfoliosu üçün peşəkar Behance profili yaratmaq
- Versiya nəzarəti və developerlərə necə design handoff verilməlidir
- Təqdimat bacarıqları: dizayn qərarlarınızı izah etmək
- Final layihəsi
Qeydiyyatdan keç
Kursa kimlər qoşula bilər ?
Kompüter istifadəsi
Kompüterdən rahatlıqla istifadə etməyi bacaranlar
İngilis dili səviyyəsi
İngilis dilində başlanğıc səviyyədə oxuma-yazma bacarığı olanlar
Məntiqi düşüncə
Problemləri analiz edib, düzgün həll yolları tapmağı bacaranlar
Kursun Müəllimləri
Peşəkar və təcrübəli müəllimlərimiz

