JET School-da Uşaqlar üçün Süni İntellekt Mühəndisliyinə dair Açıq Dərs!
-1745044848755.webp&w=3840&q=75)
JET School-da 12-16 yaşlı şagirdlər üçün təşkil olunan "Süni İntellekt Mühəndisliyi" mövzusunda ödənişsiz açıq dərs süni intellekt sahəsinə giriş xarakteri daşıyır və iştirakçılara gələcəyin mühüm texnologiyalarından biri haqqında ilkin biliklər qazandırır.
Tədbirin Məqsədi
Şagirdlərə süni intellektin əsas anlayışlarını, alqoritmlərin necə işlədiyini və bu texnologiyanın real həyatda necə tətbiq olunduğunu sadə və interaktiv üsullarla izah etməkdir. Açıq dərs zamanı həmçinin Chatbotlar, Təbii Dil Emalı (NLP) və Computer Vision kimi mövzularla da tanışlıq olacaq.
Tədrisin Forması
İştirakçılar interaktiv təqdimatlar, nümunələr və sadə praktiki tapşırıqlar vasitəsilə mövzunu əyləncəli şəkildə öyrənəcəklər. Məqsəd – bu sahəyə maraq yaratmaq və öyrənməyə motivasiya verməkdir.
Kimlər Üçündür?
Bu açıq dərs 12-16 yaşlı, texnologiya və süni intellekt sahəsinə marağı olan bütün şagirdlər üçün nəzərdə tutulub.
📅 Tarix: 19 Aprel 2025
🕒 Saat: 10:30
📍 Ünvan: Bakı ş., Süleyman Vəzirov küç. 17A (Xətai metro stansiyası yaxınlığında)
📞 Qeydiyyat üçün: +994 70 983 66 99
JET School gənc beyinlərin texnologiya ilə parlaq gələcəyə doğru ilk addımlarını atmalarına dəstək olur. Övladınızın da bu fürsəti qaçırmamasını istəyirsinizsə – elə indi bizimlə əlaqə saxlayın!