JET School-da 12-15 yaşlı yeniyetmələr üçün Python Back-End Proqramlaşdırma üzrə Açıq Dərs!

JET School yeniyetmələr üçün proqramlaşdırma dünyasına ilk addımlarını atmaq imkanı yaradır!
12-15 yaş arası məktəblilər üçün nəzərdə tutulmuş Python Back-End Developer kursuna maraq artır və texnologiyaya həvəsi olan hər bir uşaq üçün bu proqram əla fürsətdir.
Sevindirici xəbər – açıq dərs ödənişsiz olacaq! 🥳
Bu açıq dərs 18 may tarixində, saat 11:00-da JET School-un Gənclik filialında keçiriləcək. Övladınız bu dərsdə iştirak etməklə həm kursun gedişatı ilə tanış olacaq, həm də real proqramlaşdırma nümunələri ilə ilk təcrübəsini qazanacaq.
Bu dərsdə nələri öyrənəcəklər?
Kursun əsas məqsədi, şagirdlərin yalnız texnologiyadan istifadə etməklə kifayətlənməyib, onu inkişaf etdirən Back-End proqramçılara çevrilmələrinə dəstək olmaqdır. Dərs ərzində iştirakçılar Python dilinin əsasları ilə tanış olacaq və server tərəfli proqramlaşdırmanın necə işlədiyini öyrənəcəklər.
Tədris planına əsasən, şagirdlər:
- Python proqramlaşdırma dilinin əsas sintaksisi və strukturunu öyrənəcək,
- Algoritmik düşünmə və problemlərin kodlaşdırma yolu ilə həllini praktiki nümunələrlə işləyəcək,
- Back-End anlayışları (server, verilənlər bazası, API və s.) ilə tanış olacaq,
- Sadə tətbiqlər yaradaraq real layihələr üzərində işləməyə başlayacaqlar.
Bu kurs sayəsində şagirdlər:
✅ Python ilə kodlaşdırma bacarıqlarını inkişaf etdirəcək,
✅ Veb saytların arxa planında necə işlədiyini anlayacaq,
✅ Praktiki layihələr vasitəsilə təcrübə toplayacaq,
✅ Gələcəkdə proqramlaşdırma sahəsində karyera üçün ilk addımını atacaq.
Bu kurs, uşaqları sadəcə texnologiyanın istifadəçiləri deyil, onun yaradıcıları olmağa yönəldir.
📍 Açıq Dərs Məlumatları:
Tarix: 18 May 2025
Saat: 11:00
Məkan: JET School – Gənclik Filialı
(Bakı ş., Olimpiya küç. 6A – Gənclik Mall və İdman Nazirliyinin yaxınlığı)
📞 Əlaqə və qeydiyyat: +994 70 983 66 99 (WhatsApp)
📌 Yerlər məhduddur! Əgər siz də övladınızın proqramlaşdırma sahəsində uğurlu bir başlanğıc etməsini istəyirsinizsə, bu açıq dərs fürsətini qaçırmayın!