JET School-da 12-15 Yaşlılar üçün Yeni Süni İntellekt Mühəndisliyi Kursuna Qeydiyyat Başladı!
-1746684050599.webp&w=3840&q=75)
JET School yeniyetmələrə gələcəyin texnologiyaları ilə tanış olmaq və süni intellekt sahəsində ilk addımlarını atmaq imkanı yaradır. 12-15 yaş arası məktəblilər üçün nəzərdə tutulmuş yeni “Süni İntellekt Mühəndisliyi” kursuna qeydiyyat artıq başlayıb və bu proqram texnologiyaya marağı olan hər bir uşaq üçün əla fürsətdir.
Ən sevindirici xəbər – ilk dərs ödənişsiz olacaq! 🥳
Bu açıq dərs 10 may tarixində, saat 13:30-da JET School-un Gənclik filialında keçiriləcək. Övladınız bu dərsdə iştirak etməklə həm kursun ümumi gedişatı ilə tanış olacaq, həm də real süni intellekt nümunələrini canlı şəkildə öyrənmək imkanı qazanacaq.
Bu kursda nələri öyrənəcəklər?
Kursun əsas məqsədi, texnologiyanın yalnız istifadəçisi olmaqdan daha çox, onu yaradan bir fərd kimi formalaşmaqdır. İştirakçılar kurs boyunca praktiki layihələr və alqoritmalar üzərində işləyərək, süni intellekt modellərinin necə yaradıldığını və işlədiyini daha yaxından öyrənəcəklər.
Kursun tədris planına əsasən, şagirdlər əvvəlcə süni intellektin əsas anlayışları ilə tanış olacaq (AI, maşın öyrənməsi, dərin öyrənmə), sonra isə Python proqramlaşdırma dilində əsas bacarıqları öyrənərək kodlaşdırma və alqoritmik düşünmə biliklərini inkişaf etdirəcəklər. Kursun növbəti mərhələlərində, Python kitabxanaları ilə işləmək (NumPy, Pandas, Matplotlib) və mətn analizi (NLP), kompüter görməsi (OpenCV) kimi daha irəliləmiş sahələrə daxil olacaqlar.
Bu kurs sayəsində şagirdlər:
- Süni intellektin gündəlik həyatda necə tətbiq edildiyini öyrənəcək (Google, Siri, Netflix kimi nümunələrlə),
- Python ilə kodlaşdırma bacarıqlarını inkişaf etdirəcək,
- Algoritmik düşünmə və problem həll etmə bacarıqlarını gücləndirəcək,
- Sadə süni intellekt modelləri quraraq real layihələr üzərində işləyəcək.
Kurs həmçinin şagirdlərə gələcəyin texnologiyalarına dair praktiki biliklər qazandırmağı və onları yalnız istifadəçi deyil, texnologiyaların yaradıcıları olmağa hazırlamağı hədəfləyir.
📍 İlk Dərs Məlumatları:
- Tarix: 10 May 2025
- Saat: 13:30
- Məkan: JET School – Gənclik Filialı
- (Bakı ş., Olimpiya küç. 6A – Gənclik Mall və İdman Nazirliyinin yaxınlığı)
- Əlaqə nömrəsi və qeydiyyat: +994 70 983 66 99 (WhatsApp aktivdir)
Yerlər məhduddur! Əgər siz də övladınızın gələcəkdə süni intellekt və proqramlaşdırma sahəsində uğur qazanmasını istəyirsinizsə, bu fürsəti qaçırmayın. İndi qeydiyyatdan keçin və ilk dərsdə ödənişsiz iştirak imkanı əldə edin!