JET School

KampaniyaTarix: 19.04.2025 11:14Davam edir

Xətai Filialında yeni Endirim Kampaniyası başladı!

 Xətai Filialında yeni Endirim Kampaniyası başladı!

Təhsildə yeni mərhələyə bizimlə başlayın!

JET School olaraq, Xətai filialında yeni qeydiyyatdan keçən tələbələr üçün xüsusi endirim kampaniyası elan edirik.

📌 İlk 4 ay ərzində 20% endirim

Bu fürsət yalnız yeni qeydiyyatdan keçənlər üçündür!

Təklif etdiyimiz kurslar:

Kompüter Mühəndisliyi

9-15 yaş arası uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulmuş bu proqramda onlar:


  • Alqoritmik düşünmə, problem həll etmə və komanda ilə işləmə bacarıqlarını inkişaf etdirirlər.
  • Scratch platformasında oyunlar hazırlayaraq yaradıcılıqlarını ortaya qoyurlar.
  • Figma, Canva və Tinkercad kimi alətlərlə 2D və 3D dizayn bacarıqları qazanırlar.
  • HTML, CSS və JavaScript ilə veb-saytlar tərtib edərək kodlaşdırma əsaslarını mənimsəyirlər.
  • Python ilə real tətbiqlər hazırlayaraq funksional proqramlar yazırlar.
  • Kibertəhlükəsizlik dərslərində Etik Hakinq, Pentesting, Kriptoqrafiya və Blokçeyn texnologiyalarının əsaslarını öyrənir və praktiki bacarıqlar qazanırlar.


Proqram həm nəzəri bilikləri, həm də praktik bacarıqları əhatə edir və komanda işini, tənqidi düşünməyi təşviq edir.

IT Yay Düşərgəsi – 2025

Övladınız Yay Tətilində həm əylənsin, həm də öyrənsin!

Bu düşərgədə uşaqlar və yeniyetmələr texnologiyanı əyləncəli və praktik formada öyrənəcəklər. Proqram çərçivəsində:


  • Alqoritmik düşüncə tərzini inkişaf etdirəcək və Scratch vasitəsilə öz oyunlarını yaradacaqlar.
  • Veb dizayn və veb proqramlaşdırma ilə ilk veb saytlarını qurmağı öyrənəcəklər (HTML & CSS).
  • Əsas JavaScript bilikləri ilə interaktiv elementlər yaratmağı bacaracaqlar.


Düşərgə boyunca həm öyrənəcək, həm də yaradıcı layihələr və oyunlarla öyrəndiklərini tətbiq edəcəklər.

Texnologiyaya maraqları artacaq, yeni dostlar qazanacaq və komanda şəklində işləməyi öyrənəcək.

Həm əyləncə, həm də inkişaf üçün ideal yay proqramıdır!


📞 Əlaqə: +994 70 983 66 99

📍 Ünvan: Bakı ş., Süleyman Vəzirov küç. 17A (Xətai metro stansiyası yaxınlığında)

📅 Qeydiyyat 20 May 2025 tarixinə qədər artıq aktivdir və yerlər məhduddur!

Teqlər:

kompütermühəndisliyiityaydüşərgəsiendirimkampaniyaкомпьютернаяинженерияIT-лагеряскидкаакция

Qeydiyyatdan keç